Çərşənbə, Dekabr 17, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Gələcəyə işıqlı bir xatirə miras qoymaq

16 Aprel, 25 / 12:24
Manşet, Siyasət
A A

“Akademik Zərifə Əliyeva peşəkar həkim-mütəxəssis, ləyaqətli ziyalı, vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxıb.

O, həkim kimi insanlara nur və sağlıq bəxş edib, alim kimi savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, mənəvi baxımdan isə gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək ünvanlardan birinə çevrilib. Zərifə Əliyeva dünyada ilk dəfə olaraq, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub.

Tibb sahəsinə gəldiyi çağdan peşəsini sevən və sevdirən bir imzaya çevrilib”.

Haqq.az xəbər verir ki, bu sözləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib.

“Xəstəyə xeyirxah, mərhəmətli münasibət həkim peşəsinin əsas mahiyyətidir. Həkimin gündəlik işi onu əhatə edən adamlara – hər şeydən əvvəl köməyə ehtiyacı olan adamlara müraciət formalarını öyrənməyi tələb edir”

– bu fikirlər Zərifə xanım Əliyeva məxsusdur. Onun sözləri peşəsinə olan vurğunluğunu sərgiləməklə bərabər ehtiva etdiyi insani dəyərlərə işıq salmaq baxımından əhəmiyyətlidir.

Zərifə Əliyeva oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayıb, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verib. Onun həyat yolu, ömür fəlsəfəsi də çoxşaxəli və zəngin səciyyə daşıyır, bir çox beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya çıxışına yol açıb. Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyi mühüm məqamlardan biridir.

Onun ötən əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı apardığı effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Xüsusilə, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Sonradan bu uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın mövzu predmetinə çevrildi.
Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edib. Həm də ona görə ki, bu sahəyə dair ciddi araşdırma meydanda yox idi, bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirin demək olar ki, elmi şəkildə tədqiqata cəlb olunmamışdır. Bu, elə Zərifə xanımın doktorluq dissertasiyana gedən yolun əsasına çevrildi. “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini Zərifə Əliyeva dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə isə oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Zərifə Əliyeva üçün həkimlik – böyük bir missiya sayılırdı. Yunan filosofu Platonun ilə eyni nöqtədə dayanırdı bu məsələdə: “Həkimlərin buraxdığı ən böyük səhv ondadır ki, onlar qəlb haqqında düşünməyərək, birinci növbədə bədəni müalicə edirlər”.
Ona görə həkim yalnız cismin deyil, həm də ruhun və qəlbin xilaskarı olmalı idi. Zərifə xanımın bir nəcib insan və həkim kimi daim tibbi praktikada əxlaqi meyarlara böyük üstünlük verməsi, ilk növbədə, onun yüksək intellektual mövqeyindən irəli gələn ən mühüm amillərdən biri idi. Amma həkimlik peşəsinə münasibətdə göstərdiyi peşəkarlıqla da o, eyni maarifçi dalğanın içində görünür. Nur paylamaq, bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmək, zülmət və qaranlıqla mübarizə aparmaq! Maarifçilər düşüncədə inqilaba, şüur oyanıqlığına nail olmaq üçün bu yolu intixab etmişdilər. Zərifə xanım Əliyeva də işığını itirmiş gözlərin nurunu insanlara qaytarmaqla özündə ilahi, sakral bir oyanış, diriliş ruhu daşıyır. Eyni zamanda, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olaraq bu missiyanın öhdəsindən ləyaqətlə gələrək adını tarixin əbədiyyətinə yazdırmağı bacarmışdır.

Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyeva haqqında səsləndirdiyi simvolik bir fikir onun bütün tərəflərini və dəyərlərini yetərində uğurla işarələyir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib… Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Bir də Prezident İlham Əliyevin Zərifə xanım haqqında incə ruhlu düşüncələrini xatırlatmağa ehtiyac var: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Rus şairi Andrey Voznesenski hind xalqının böyük övladı İndira Qandinin özündən sonra nəsillərin dünyagörüşünə göstərdiyi təsiri bu sözlərlə xarakterizə edir: “Qandi tarixə qovuşdu”! Zərifə xanım Əliyeva da sağlığında gerçəkləşdirdiyi əməllərlə, nəcib dəyərlərilə, alimlik və insanlıq statusu ilə adını tarixin əbədiyyətinə yazdırmağı bacarıb və özündən sonra sevənlərinə, gələcək nəslə işıqlı bir xatirə miras qoyub.

BƏNZƏR XƏBƏRLƏR

“Ermənilərin Kolizey yalanları və saxtakarlığı”- Zaur Əliyev
Manşet

“Ermənilərin Kolizey yalanları və saxtakarlığı”- Zaur Əliyev

2025/12/15 23:25
22
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında  elmi simpozium keçirilmişdir(FOTOLAR)
Cəmiyyət

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında elmi simpozium keçirilmişdir(FOTOLAR)

2025/12/15 20:48
61
“Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı” kursunun buraxılış mərasimi keçirilib
Hərbi

“Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı” kursunun buraxılış mərasimi keçirilib

2025/12/15 17:18
3
“ASAN xidmət” “Take Off İstanbul 2025” startap sammitində(FOTOLAR)
Cəmiyyət

“ASAN xidmət” “Take Off İstanbul 2025” startap sammitində(FOTOLAR)

2025/12/15 14:50
3
QULAQLIQDAN İSTİFADƏ – YOLDA TƏHLÜKƏDİR
Cəmiyyət

QULAQLIQDAN İSTİFADƏ – YOLDA TƏHLÜKƏDİR

2025/12/15 12:19
3
Azərbaycanlı alimin məqaləsi dünyanın geosiyasət sahəsində nüfuzlu jurnalında dərc edildi
Cəmiyyət

Azərbaycanlı alimin məqaləsi dünyanın geosiyasət sahəsində nüfuzlu jurnalında dərc edildi

2025/12/11 21:28
21

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“Ermənilərin Kolizey yalanları və saxtakarlığı”- Zaur Əliyev

“Ermənilərin Kolizey yalanları və saxtakarlığı”- Zaur Əliyev

Dekabr 15, 2025
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında  elmi simpozium keçirilmişdir(FOTOLAR)

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında elmi simpozium keçirilmişdir(FOTOLAR)

Dekabr 15, 2025
Quru Qoşunlarında “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib

Dekabr 15, 2025
Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır – DİN

Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır – DİN

Dekabr 15, 2025

Recent News

“Ermənilərin Kolizey yalanları və saxtakarlığı”- Zaur Əliyev

“Ermənilərin Kolizey yalanları və saxtakarlığı”- Zaur Əliyev

Dekabr 15, 2025
22
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında  elmi simpozium keçirilmişdir(FOTOLAR)

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında elmi simpozium keçirilmişdir(FOTOLAR)

Dekabr 15, 2025
61
Quru Qoşunlarında “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik ili” ilə bağlı tədbirlər keçirilib

Dekabr 15, 2025
0
Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır – DİN

Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır – DİN

Dekabr 15, 2025
5
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In