Şənbə, İyul 26, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

“Ermənistanla bağlı Rusiyanın radikal addımlar atma ehtimalı hər keçən gün artır”- Səxavət Məmməd

25 İyul, 25 / 17:19
Analitika, Manşet
A A

Rusiyanın təkcə Azərbaycanla yox, ümumiyyətlə, Cənubi Qafqaz ölkələri ilə arasında xüsusi bir gərginlik hökm sürür.

Bu gərginliyin hər ölkə ilə fərqli səbəbləri olsa da, mahiyyəti Rusiya üçün eynidir – orbitdən çıxan ölkələri geri qaytarmaq, yaxud təsir dairəsində saxlamaq. Məsələyə Rusiya tərəfdən yanaşsaq, vəziyyətin bu həddə olmasında Rusiya səhvi öncə özündə axtarmalıdır. Qarabağ müharibəsi bitər-bitməz Ermənistan öz ərazisinə Fransanı dəvət etdi, ardınca Avropa İttifaqının mülki missiyasını, daha sonra ABŞ hərbçilərini. Rusiya bütün bunlara göz yumdu, yaxud, erməni tərəfinin addımlarını ciddiyə almadı, şıltaqlıq kimi dəyərləndirdi və quru bəyanatlarla ötüşdürdü. Məsələ o həddə gəlib çıxıb ki, artıq adına Zəngəzur dəhlizi qoyduğumuz “Bir kəmər, bir yol” layihəsinin Ermənistandan keçəcək hissəsində ABŞ şirkətinin oturacağı ciddi şəkildə müzakirə olunur. Rusiyada biri çıxıb rəsmi Moskvadan soruşmur ki, prosesin bu həddə gəlib çıxmasına niyə şərait yaratdınız?

Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında da eyni yanaşmanın şahidi oluruq. Soçi, Moskva, Vaşinqton, Brüssel arasında var-gəl edən danışıqlar birdən birə Abu-Dabiyə keçirildi. Rusiyanın ədalətli sülhü yaratmaq imkanı var idi? Hesab edirəm ki, ədalətli yanaşması olsa idi, mütləq şəkildə bu sülh müqaviləsi imzalanardı. Ancaq Rusiya nəinki ədalətli yanaşmadı, ümumiyyətlə, bildirirdi ki, sülh müqaviləsinin bağlanması hələ erkəndir. Rəsmi Moskva bunun da cavabını özündən soruşmalıdır. Gürcüstanla da eyni. Rusiya özü şərait yaradır, onun təsir dairəsində olan dövlətlər uzaqlaşır, özünü müstəqil aparır, proses idarəolunmaz həddə çatanda ayılır və ən sonuncu variant olan hərbi müdaxiləni həyata keçirir. Bunu Gürcüstanda, Moldovada da, hazırda davam edən Ukrayna müharibəsində də gördük. İndiki mərhələdə Azərbaycanla da, Ermənistanla da Rusiyanın davranışı oxşarlıq təşkil edir.

Azərbaycan Rusiya gərginliyi Ermənistanla Rusiya arasında olan gərginlikdən fərqlənir. Rusiya Azərbaycanla olan gərginliyi nəinki miqrant, hətta öz vətəndaşı olan azərbaycanlılar üzərindən aparır. Rusiyanın Azərbaycan daxilinə yönəlik bəyanatlarına da rast gəlmirəm. Hansısa ekspert, politoloq səviyyəsində səslənən fikirləri bir kənara atıram. Ona qalsa, Azərbaycanda da bəzi politoloq və ekspertlər artıq Rusiyanın bir hissəsini işğal edib. Çox şükür, onları nə Rusiyada, nə də Azərbaycanda ciddiyə alan yoxdur. Rusiya hüquq mühafizə orqanları, demək olar ki, hər gün azərbaycanlılara qarşı əməliyyat keçirir. Bu əməliyyatlar barədə araşdırdıqlarımı, bildiklərimi yazmağın tərəfdarı deyiləm.

İnsanlar bezib, malını-mülkünü qoyub ən son variantda öz vətəninə qayıdacaqlar və qayıdırlar da. Rusiya ölkə daxilinə birbaşa olmasa da, dolayı yolla təsir edir. Necə? Rusiyada yaşayan azərbaycanlıların neçə faizi Rusiya xüsusi xidmət orqanları qarşısında öhdəlik götürüb, iltizam sənədinə qol çəkilib? Bunu deyə bilmərik. Onlar Azərbaycanda gəlib hansı addımlar atacaq, əvvəlcədən bunu da proqnoz etmək çətindir. Rusiyanın birbaşa ölkə daxilinə yönəlik addımlar atmaması onu deməyə əsas verir ki, məsələ iki ölkə lideri arasında həll olunacaq cinsdəndir. Ermənistanla bağlı məsələ isə tamamilə fərqlidir. Rusiya birbaşa Paşinyan hakimiyyətini hədəf alıb, kilsəni açıq şəkildə müdafiə edir. Yəni Rusiya Ermənistanda hakimiyyəti devirmək yönündə artıq fəaliyyətə keçib desək, yanılmarıq.

Rusiyada bəzi ekspert və politoloqlar hərbi müdaxilə yolunu önə sürürlər. Rusiyanın Cənubi Qafqaza hərbi müdaxilə imkanlar var? Azərbaycanda bəzi ekspert və politoloqların dili ilə desək, yoxdur. Çünki onlar əminliklə deyir ki, Rusiya tükənib, ordusu döyüşmək gücündə deyil, döyüşməyə adam tapmır. Qərb proqaqandasının ştatlı, yaxud könüllü nümayəndələrinin nə dediyini qoyaq bir kənara, biz Qərbin özünün hansı işlər gördüyünə baxaq. Demək, Polşa Rusiya təhdidindən qorunmaq üçün ordusunun sayını artırdı, əlavə silah, sursat, aviasiya vasitələri alır. Almaniya Rusiya təhdidinə qarşı ordusunu, müdafiə qabiliyyətini gücləndirmək üçün dəridən-qabıqdan çıxır, Fransa da onun kimi. Böyük Britaniya hətta milyonlarla vəsait xərcləyib Rusiya hücumunun simulyasiyasını belə test etdi. O zaman sual yaranır, dağılan, tükənmiş orduya görə bu qədər hazırlıq nəyə lazımdır? Ya bizim ekspert və politoloqlarımız Avropa ölkələrinin kəşfiyyatından daha ağıllıdır, onların başı xarabdır, ya da bizimkilər özləri dəlidir, bizi dəli yerinə qoyublar.

Rusiyanın hərbi müdaxilə imkanları var, bunu danmaq olmaz. Beynəlxalq hüquq, beynəlxalq münasibətlər, hansısa ölkələrlə müttəfiqliyin boş və mənasız bir şey olması Ukraynaya hücumla yerlə bir oldu. 1994-cü ildə Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ-nin imzaladığı Budapeşt Protokolu ilə rəsmi Kiyevə heç bir ölkənin Ukraynaya qarşı güc tətbiq etməyəcəyi, ölkənin suverenliyinə və mövcud sərhədlərinə hörmətlə yanaşılacağına dair söz verildi. Nəticə göz qabağındadır.

Rusiya ilə münasibətlərin niyə bu həddə gəlib çatması barədə çoxlu sayda fərziyyələr irəli sürmək olar. Ancaq rəsmi Moskvanın bəyanatlarında səbəblərdən daha çox iki ölkə arasına başqa bir ölkənin girməsi məsələsi ön plana çəkilir. Rusiya ekspert və politoloqları da bunun üzərindən keçir, elə bizimkilər də. Rusiya dolayısı ilə sanki Azərbaycana “düzgün seçim et” mesajı verir. Azərbaycanla Rusiya arasında gərginliyin uzun müddət davam edəcəyini düşünmürəm. Müstəqillikdən bu yana onsuzda iki ölkə arasında münasibətlər dalğalı olub. Ancaq Ermənistanla bağlı Rusiyanın radikal addımlar atma ehtimalı hər keçən gün artır.

Səxavət Məmməd

BƏNZƏR XƏBƏRLƏR

İyul çağırışının gedişatı müzakirə olundu(FOTOLAR)
Cəmiyyət

İyul çağırışının gedişatı müzakirə olundu(FOTOLAR)

2025/07/25 13:41
0
Prezident Tahir Talıblını da təltif etdi
Cəmiyyət

Prezident Tahir Talıblını da təltif etdi

2025/07/21 19:08
9
Yay Tətili Dövründə Yeniyetmələrin Zərərli Vərdişlərə, Xüsusilə Narkotik Vasitələrə Meyillənməsi: Təhlükələr, Nümunələr və Çıxış Yolları
Cəmiyyət

Yay Tətili Dövründə Yeniyetmələrin Zərərli Vərdişlərə, Xüsusilə Narkotik Vasitələrə Meyillənməsi: Təhlükələr, Nümunələr və Çıxış Yolları

2025/07/21 13:37
20
General-mayor Mürsəl İbrahimov  Göygöldə vətəndaş qəbulu keçirdi
Cəmiyyət

General-mayor Mürsəl İbrahimov Göygöldə vətəndaş qəbulu keçirdi

2025/07/18 15:06
2
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib(FOTO)
Cəmiyyət

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib(FOTO)

2025/07/18 14:31
4
Bu gün şəhid kapitan Xəlfəli Sultanovun doğum günüdür – 35 yaşı tamam olur
Cəmiyyət

Bu gün şəhid kapitan Xəlfəli Sultanovun doğum günüdür – 35 yaşı tamam olur

2025/07/18 12:24
58

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər – VIDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər – VIDEO

İyul 25, 2025
“Dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq”- Səxavət Məmməd

“Ermənistanla bağlı Rusiyanın radikal addımlar atma ehtimalı hər keçən gün artır”- Səxavət Məmməd

İyul 25, 2025
Polis əməkdaşları tərəfindən Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirilir

Polis əməkdaşları tərəfindən Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirilir

İyul 25, 2025
“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub(FOTOLAR)

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub(FOTOLAR)

İyul 25, 2025

Recent News

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In