Şirvanşahlar Kompleksinin yuxarı hissəsində yerləşən Seyid Yəhya Bakuvi türbəsi ətrafında konsert proqramının təşkil olunması sosial mediada müzakirələrə səbəb olub. Bilən, bilməyən arasında mübahisələr zamanı əksər insanın Bakuvinin kimliyi barədə məlumatsız olduğu məlum olur. Avropadan tutmuş Uzaq Şərqə qədər İslamın yayılması məhz onun baxışları və fikirlərinin təsiri sayəsində olub.
Mənə görə Bakuvi çox ciddi şəkildə tədqiq edilməsi önəmli olan bir şəxsiyyətdir. Onun irsini araşdırmalara geniş yer verilsə dünyanın hər yerində onun imzasını görə bilərik. Fenomen bir şəxs idi. Onun fikirlərini oxuduqca sevgim qat qat ona qarşı artır. Dünyanın bütün İslam alimləri bir tərəfə, Bakuvi isə mənə görə Tək və Əvəzolunmazdır. Biz onun irsini tədqiq etdikcə dünyanın üç guşəsində inkişafda Azərbaycanı görə bilərik.
Dünyada ən geniş yayılmış təsəvvüf məktəbi Seyid Yəhya Bakuviyə (Seyid Yəhya ibn Seyid Bəhauddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvi) məxsusdur. Onun Bakıdakı bir institut mahiyyəti daşıyan xanəgahına Anadoludan 40-a yaxın alim gəlib, Bakuvinin məktəbini öyrənib öz vətənlərinə qayıdıb, orada bu məktəbi qurublar. Fateh Sultan Mehmetdən I Əbdülhəmidə qədər 21 Osmanlı sultanı Bakuvi yolunun bağlıları olublar. Onun fikirləri saraylarda ən çox qəbul edilən və dəyər verilən olub..
Türkiyədə hazırda da onun davamçıları var. Xəlvətilik Afrikada, Misirdə, Liviyada, Əlcəzairdə, Tunisdə geniş yayılıb. Osmanlı dövründə Balkanlara da gedib çıxıb, orada indi də xəlvəti təkyələri var. Hətta İtaliyada, Amerikada, Kanadada, Argentinada, Braziliyada, Avropanın, demək olar, hər ölkəsində belə təkyələr var.
Seyid Yəhya Cəlaləddin Bakuvi orta əsr alimi, mütəfəkkiri, filosof-ilahiyyatçısı, astroloqudur.
Seyid Yəhya təxminən 1410-cu ildə (UNESCO-nun saytına görə – 14-cü əsrin 90-cı illərində Şavan ailəsində) anadan olmuşdur. Təxminən XIV əsrin sonlarında Şamaxıda, Şirvanşahlar dövlətinin ərazisində yaşayan seyidlərin birləşdiyi “Nəcibül-əşrəf” adlı təşkilata başçılıq edən Seyid Bəhaəddinin ailəsində onun oğlu Seyid Yəhya dünyaya gəlib. Şahlar ona xüsusi sayğı göstərirmiş. Yüksək tədbirlərdə ən ali məqamda o dururmuş. Yəni Seyid Yəhya Bakuvi belə nüfuzlu, belə zəngin ailədə doğulmuşdu. Atasının Şamaxıda böyük torpaqları olub.
O, gəncliyində təsəvvüf həvəskarı olmuş, məşhur Şeyx Sədrəddin əl-Xəlvəti təliminin tərəfdarı, təriqətin Şirvan şöbəsinin rəhbəri olmuşdur. Şeyxin ölümündən sonra tələbəsi Piri-zadə ilə onların hansının Xəlvəti təriqətinə rəhbərlik etməsi barədə mübahisə edən Seyid Yəhya Şamaxını tərk edərək Bakıya getdi. Burada o, Şirvanşah I Xəlilullahın sarayında məskunlaşdı, burada filosof, alim və saray münəccimi kimi böyük şöhrət qazandı. Seyid Yəhya Şirvani də Şirvanşah I Xəlilullah xanın dəvəti ilə Bakıya gəlmiş, yüksək hörmət görmüşdü. Onun təkyəsinin sarayın yanında qurulması da Xəlilullah xanın qayğısı nəticəsində olmuşdu.
Tezliklə onun ardıcıllarının sayı on min nəfəri keçdi. S.Yəhya qırx ildən çox yaşamışdır.Bakuvi Azərbaycan Sovet Ensiklopediyasına görə 1462-ci ildə vəfat edib… UNESCO-nun saytına görə – 1463-cü ildə.
Seyyid Yəhya Bakuvinin Azərbaycan, fars və ərəb dillərində yazdığı 18 (bəzi qaynaqlarda 19 yaxud 20) əsəri günümüzə qədər gəlib çatmışdır.
Dünyanın ən nüfuzlu alimləri onun adını ehtiramla qeyd edirlər. Bakuvi təkcə dini baxışlarına görə yox, bəşəriyyətin inkişafı üçün bir birindən dəyərli fikirlər irəli sürüb.
Müsəlmanları vəhdətə çağıran Bakuvi belə deyirdi: “Hamımızın Allahı bir, Kitabı bir, Peyğəmbəri birdir”
Onun fikir yolu İslam dünyasında ən geniş yayılmış təsəvvüf yollarından biri olub.
Ümumiyyətlə, İslam tarixində əksər hökmdarların sufilərə qayğı ilə yanaşmasının kökündə onların xalq nəzərində böyük dəyərinin olması durur. Bununla yanaşı, hökmdarların elmə, ədalətə və inkişafa meyl etməsində Bakuvinin fikirlərinin təsiri böyük olub.
Şirvanşahlar sarayı kompleksində XV əsrin ikinci yarısında tikilmiş Seyid Yəhya Bakuvinin məqbərəsi yerləşir. Məqbərə Key-Qubad məscidi kimi tanınan köhnə məscidə bitişik idi. Seyid Yəhya Bakuvi məhz bu məsciddə işləyir, namaz qılır, dərs deyirdi. Bu məscid XIV əsrdə Şirvanşah Key-Qubad dövründə tikilib və onun adını daşıyır. Amma 1918-ci ildə məscid yanğında yanıb ( rus əsgərləri orda atlarını saxlayırdı və onların sonra bunu yandırması deyilir ) və indi yalnız bünövrəsi qalıb. Bakuvi sufi olduğuna görə türbə elmi ədəbiyyatda tez-tez “Dərviş məqbərəsi” də adlandırılır.
Dərviş türbəsi piramidaya oxşar gümbəzlə örtülmüş balaca bir binadır. Bu gümbəz Bakı yaxınlığında, Şamaxı rayonunda və Azərbaycanın başqa rayonlarında olan türbələrin gümbəzinə oxşasa da, Abşeron abidələri içərisində yeganə sayılır, çünki Abşeronun başqa türbələrinin gümbəzi adi formadadır.
İçəri şəhərdə daha qədimdən müxtəlif dərinlikləri olan “quyu”lar vardır ki, onlar barəsində maraqlı və həqiqətə uyğun fikirlər söylənilir. Bu quyulardan su quyuları, zirzəmilər və ən maraqlısı odur ki, müəyyən ayinlər üçün istifadə olunurdu. Şirvanşahlar sarayı adlanan ərazidə çoxlu sayda quyular mövcuddur. Qaynaqlara inansaq 30-a (bəzi mənbələrdə 51) yaxın quyu olub, onlardan 12-in birinci mərtəbədə saxlayıb. Seyid Yəhya Bakuvinin təriqətinin üzvlərinin 40 gün ərzində meditasiya ilə məşğul olan zaman buranın sularından istifadə edib.
Bu gün İçərişəhər mifik bir auraya sahibdirsə onun bir hissəsi də məhz Bakuvi dövründə yaradılıb və onunla bağlıdır.
Seyid Yəhya Bakuvinin Krımda hörməti çox böyük idi. Onun oğlunun adının Nəsrullah olduğunu, Krım xanı tərəfindən Krıma dəvət olunduğunu, onun da bu dəvəti qəbul edərək Krıma getdiyini bildirir. Nəsrullah burada ona bağışlanan təkyədə şeyxlik edib. O həm də Krım xanlığının Nəqibül-əşrafı vəzifəsində işləyib. Krım və ətrafında xəlvətilik onun vasitəsilə yayılıb. XVII əsrə kimi Krımda Şeyx Nəsrullahın nəsli davam edib.
Dr.Zaur Aliyev