*DİN işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslərə müraciət etdi:
*Aşağıdakı tələblərə riayət edilməlidir:*
– şəxsiyyəti təsdiq edən sənəd daim üzərində olmalı;
– sənədlərin, şəxsi əşyaların və avtomobilin baxış üçün təqdim olunması və s. haqda polis əməkdaşının qanuni göstərişləri yerinə yetirilməli;
– avtomobildə yaranmış texniki nasazlıq, üzləşdiyi qəza, yanğın, partlayış və digər hadisələr, tapılan silah, sursat, partlayıcı maddə və başqa əşyalar barədə dərhal DİN-in “102” Xidmətinə məlumat verilməli;
– əvvəlcədən müəyyən olunmuş marşrutdan yayınmamalı və alternativ yollarla hərəkət etməməli;
– mənşəyi məlum olmayan əşyalara toxunmamalı;
– hərbi texnikanın və hərbi obyektlərin video və foto çəkilişini aparmamalı;
– hər-hansı şəxsdən bağlama, çanta və mənşəyi məlum olmayan əşya qəbul etməməli; aidiyyəti orqanların razılığı olmadığı halda çadır qurmamalı, tonqal qalamamalı, su hövzəsinə daxil olmamalı;
– hərəkət marşrutu üzrə və olduğu ərazilərdə təmizliyə riayət etməli, məişət tullantılarını urnalardan kənara atmamalı;
– gəldiyi ərazidə icazə verilmiş vaxtdan artıq qalmamalı (gecələməməli);
– əraziyə spirtli içki, psixotrop, tezalışan və partlayıcı maddələr, hər hansı növ silah aparmamalı;
– müvafiq icazəsi olmayan şəxslərin əraziyə keçməsinə köməklik etməməli və yaxud digər formada şərait yaratmamalı.
*Qeyd olunan tələbləri pozan şəxslər dərhal ərazidən çıxarılır, portal sistemindəki icazələri ləğv edilir, həmçinin qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.*