Həyatda elə insanlar olur ki, Allah o insanları vətən və xalq üçün yaradır. O insanlar öz ömürlərini vətənə, xalqa yararlı olmaq üçün yaşayırlar. Həmin insanlardan biri də “Vətən Müharibəsi Qəhrəmanı”, ƏÜO-nun komandanı general-leytenant Kənan Seyidovdur.
Bu dünyada xalqına, vətəninə xeyirli vətəndaş olmaq qədər ürəyi rahatladan bir duyğu ola bilməz. Arzu edirəm ki, hər zaman ürəyiniz belə rahat olsun, qəhrəmanlığı ilə ürəklərə yol tapan dəyərli vətən oğlu. Vətənimizin azadlığına qovuşmasında müstəsna rolu olan döyüşçülərdən birisiniz. Arzu edirəm ki, hər yeni yaşınız azadlıq sevinci qədər xoş anları yaşamağınızla yadda qalsın. Ad gününüz mübarək vətənimin, elimin qəhrəman, igid, mərd oğlu.
Manya Səxavətqızı



















