Şənbə, İyul 5, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib

18 Oktyabr, 24 / 15:25
Cəmiyyət
A A

“Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanmış saziş üzrə yeni tərkibdə formalaşdırılmış Rəhbər komitənin ilk iclası keçirilib.
Rəhbər komitənin yeni sədri – “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra görülən işlər müzakirə olunub. Xarici şirkətin mədən layihələri üzrə operatoru “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMKL) 2024-cü ilin birinci yarımili ərzində fəaliyyətinin nəticələri, o cümlədən Ağdərə rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında fəaliyyətin təşkili istiqamətində görülən işlər təhlil edilib.
Bildirilib ki, xarici şirkətin cari ilin birinci yarımilində hasilat və satış həcmləri kəskin azalaraq, plandan aşağı olub. Belə ki, 2024-cü ilin ilk 6 ayı ərzində hasilat həcmləri 4704 unsiya qızıl, 100 ton mis, 12745 unsiya gümüş təşkil edib. Bu da cari ilin 6 aylıq hasilat planı ilə müqayisədə qızıl üzrə 38%, mis üzrə 89%, gümüş üzrə 64% azdır. Eləcə də ümumi layihə üzrə gəlirlər planla müqayisədə 54% geriləyib. Buna səbəb Saziş çərçivəsində istehsal fəaliyyətinin ötən ilin iyul ayından etibarən Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə dayandırılması nəticəsində yaranan fasilələr göstərilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verildikdən sonra xarici şirkətlə birgə həyata keçirilən operativ dəstək tədbirləri, tikinti-quraşdırma işlərinin, həmçinin bəzi digər istiqamətlər üzrə fəaliyyətin yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması nəticəsində növbəti aydan etibarən istehsalat mərhələli şəkildə bərpa ediləcək. Nəticədə tərəfdaş şirkətin istehsalat göstəricilərinin tədricən artması, 2025-ci ilin əvvəlində isə 2023-cü ilədək olan səviyyəyə çatması təmin ediləcək. “AzerGold” QSC tərəfindən tərəfdaş şirkətin fəaliyyət istiqamətləri üzrə artım tempinin əldə edilməsinə bundan sonra da dəstək göstəriləcək.
İclasda, növbəti il üzrə hasilat və ixrac planının hazırlanması istiqamətində tapşırıqlar verilib, həmçinin Rəhbər komitənin İqtisadi, İstehsalat və texniki, eləcə də Ekoloji məsələlər üzrə altqruplarının yeni tərkibləri müəyyənləşdirilib. İclas qarşılıqlı maraq doğuran və icrasına dəstək tələb olunan məsələlərin, habelə “Dəmirli” mis-molibden yatağında fəaliyyətin qısa zaman ərzində təşkili üçün zəruri addımların müzakirəsi ilə davam edib, qaldırılan məsələlərin Saziş və mövcud qanunvericilik çərçivəsində həll edilməsi iclasın yekun protokoluna daxil edilib.
Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.
Xatırladaq ki, hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi. Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib

BƏNZƏR XƏBƏRLƏR

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb
Cəmiyyət

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

2025/07/04 14:38
2
Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada svetoforları quraşdırıldı
Cəmiyyət

Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada svetoforları quraşdırıldı

2025/07/04 9:52
0
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət

Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib

2025/07/04 9:14
0
Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Cəmiyyət

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

2025/07/03 18:41
0
Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb
Cəmiyyət

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb

2025/07/03 12:15
0
Səyyar ASAN xidmət davam edir
Cəmiyyət

Səyyar ASAN xidmət davam edir

2025/07/02 14:29
0

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

İyul 4, 2025
İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İyul 4, 2025
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

İyul 4, 2025
“AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib

“AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib

İyul 4, 2025

Recent News

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In