Bazar ertəsi, İyul 14, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

Azərbaycanlıların deportasiyası Ermənistan hökumətinin qeyri-insani şovinist münasibətinin nəticəsi idi

03 Noyabr, 24 / 15:08
Analitika, Cəmiyyət, Siyasət, Sosial
A A

Tarix boyu ermənilər tərəfindən Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə gerçəkləşdirilən, mərhələ-mərhələ həyata keçirilən qeyri-insani etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından kütləvi qətl və qırğınlara məruz qoyularaq didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılmışdır. Azərbaycanlılara qarşı əsrlər boyu dəfələrlə törədilmiş və öz siyasi-hüquqi qiymətini almamış, dünya ictimaiyyəti üçün qaranlıq qalan soyqırım tarixin açılmamış səhifələrindən biridir. Bu gün özünü dünyaya məzlum, əzabkeş xalq kimi təqdim etməyə çalışan ermənilərin törətdiyi vəhşilik, analoqu olmayan qəddarlıq nəticəsində azərbaycanlılar öz ata-baba yurdlarından, torpaqlardan qovulmuş, bu ərazilər erməniləşdirilmişdir.
Azərbaycan xalqına qarşı 1905-1907-ci illər və 1918-ci ildə xüsusi vəhşiliklə törədilən soyqırımdan sonra Sovet hakimiyyəti illərində də ermənilərin düşmənçilik siyasəti davam etmişdir. Azərbaycanlıları öz tarixi-etnik torpaqlarından çıxarmaq üçün mənfur düşmənlərimiz hər cür vasitəyə əl atmışlar. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 1948-1953-cü və 1988-1991-ci illərdə planlı şəkildə həyata keçirilmişdir.
1943-cü il 28 noyabr tarixində SSRİ, ABŞ və İngiltərənin Tehranda keçirilən konfransında ermənilər SSRİ xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdilər. 19 oktyabr 1946-cı il tarixində isə İ.Stalinin razılığı əsasında SSRİ Ali Soveti Rəyasət Heyəti xaricdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul etdi. Amma Daşnaksutyun Partiyası və Qriqorian kilsəsinin xeyir-duası ilə həyata keçirilən bu köçürülmə azərbaycanlıların öz dədə-baba torpaqlarından çıxarılması və həmin ərazilərdə ermənilərin yerləşdirilməsini nəzərdə tuturdu. 23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə 100000 nəfər azərbaycanlı əhalinin Ermənistandan Kür-Araz ovalığına köçürülməsi planlaşdırılmışdı. Onlardan 10000 nəfəri 1948-ci ildə, 40000 nəfəri 1949-cu ildə, 50000 nəfəri isə 1950-ci ildə köçürülməli idi. Çox hissəsi dağətəyi rayonlarda, dağlıq ərazilərdə yaşayan insanların guya “könüllülük prinsipi” əsasında çox isti olan Kür-Araz ovalığına deportasiyası Ermənistan hökumətinin millətçi, qeyri-insani şovinist münasibətinin, insanlığa sığmayan antidemokratik fəaliyyətinin nəticəsi idi. 1948-1953-cü illər ərzində Ermənistandakı tarixi-etnik torpaqlarından 150000 azərbaycanlı deportasiyaya məruz qalmışdı. 1954-1956-cı illərdə daha 5876 nəfər azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalmışdı. Qan yaddaşımızın ən ağrılı-acılı səhifələrindən olan deportasiya, soyqırım və qaçqınlıq bəlaları haqqında danışmağı belə bizə yasaq etmişdirlər-nəhayət, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra uzun illərin sukutuna son qoyuldu- öz dədə-baba, etnik torpaqlarından qovulmuş həmvətənlərimizin çəkdiyi əzab-əziyyətlərin dilə gətirilməsi, öyrənilməsi, bütün bunlar barədə dünya ictimaiyyətinə məlumat verilməsi üçün Ümummilli lider Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları yeni imkan, çox qiymətli və tarixi bir addım oldu. Bu fərmanlarda son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın məruz qaldığı ağır məhrumiyyətlər, milli faciə və məşəqqətlər qeyd olundu.
Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət 1988-89-cu illərdə Ermənistan hökuməti tərəfindən daha bir qanlı aksiyalar törətməklə azərbaycanlıların Ermənistandan qovulması prosesini davam etdirmişdir. Nəticədə, 250000-dən artıq azərbaycanlı tarixi yaşayış yerlərindən qovulmuş, 185 yaşayış məntəqəsi boşaldılmış, 217 nəfər soydaşımız xüsusi amansızlıqla döyülərək, yandırılaraq, elektrik cərəyanı verilərək, suda boğularaq qətlə yetirilmişdir. Minlərlə insanların, həmçinin qocaların və körpələrin ağır şəraitə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə məruz qoyularaq Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi və zorakılıqla sürgün olunmuşdur. Azərbaycanlıların tarixən öz dədə-baba torpaqlarından deportasiya olunması, 200 illik qaçqınlıq tarixi, bu faciənin tarixi kökləri, onun ictimai-siyasi amilləri araşdırılmamış, dünya ictimaiyyətinə çatdırılmamış, ümumiyyətlə təbliğ olunmamışdır.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Mənfur düşmənlərimiz 1992-ci ildə Azərbaycan ərazisində də dünyada analoqu olmayan bir qətliamı – Xocalı faciəsini törətdilər. İnsanlığa sığmayan, damarlarda qan donduran vəhşiliyin, qəddarlığın, bəşəri cinayətin ən bariz nümunəsi olan Xocalı qətliamı nəticəsində 613 nəfər şəhid olmuş, 487 nəfər ağır yaralanmış, 1430 nəfər əsir düşmüş (135 nəfərin taleyi hələ də məlum deyil), 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hər birindən yalnız 1 nəfər sağ qalmışdır. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa,bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Azərbaycanlılar tarixi torpaqlarını unutmamalıdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizə dədələrimizdən miras qalan tarixi torpaqlarımızdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Bu gün bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı sanballı elmi araşdırmalar aparılır, filmlər çəkilir, sərgilər təşkil olunur. İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

BƏNZƏR XƏBƏRLƏR

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc
Cəmiyyət

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

2025/07/05 8:55
1
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb
Cəmiyyət

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

2025/07/04 14:38
4
Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada svetoforları quraşdırıldı
Cəmiyyət

Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada svetoforları quraşdırıldı

2025/07/04 9:52
0
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət

Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib

2025/07/04 9:14
0
Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Cəmiyyət

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

2025/07/03 18:41
0
Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb
Cəmiyyət

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb

2025/07/03 12:15
1

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

İyul 5, 2025
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

İyul 4, 2025
İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İyul 4, 2025
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

İyul 4, 2025

Recent News

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In