Cümə, İyul 4, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Moskvada beynəlxalq forumda iştirak edib

23 Sentyabr, 24 / 17:43
Cəmiyyət, Manşet
A A

20 sentyabr 2024-cü il tarixində Rusiyanın Moskva şəhərində “Daşınmaz əmlak diqqət mərkəzində: Qiymətləndirmə, tənzimləmə, inkişaf” mövzusunda beynəlxalq forum keçirilib.
Rusiyanın qiymətləndirmə sahəsində Peşəkar Təhsil İnstitutunun və Özünütənzimləyən Regionlararası Qiymətləndiricilər Assosiasiyasının (CMAO) təşkilatçılığı ilə baş tutan forumda Rusiya, Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistandan qiymətləndirmə və daşınmaz əmlak sektoru üzrə ixtisaslaşmış təşkilat rəhbərləri, məsul şəxslər, mütəxəssislər və Rusiyanın dövlət rəsmiləri iştirak edib.
Forumda ölkəmizi Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, AQC sədrinin müşaviri İradə Şükürova, AQC-nin Təlim, Tədris və Sertifikatlaşdırma departamentinin rəhbəri Nail Həşimov və Cəmiyyətin Peşəkar Qiymətləndiricilər Şurasının üzvü Emin Gülməmmədov təmsil edib.
Tədbiri giriş sözü ilə açan Peşəkar Təhsil İnstitutunun rektoru Yuliya Usova bu tip tədbirlərin keçirilməsinin qiymətləndirmə sahəsində ümumi inkişafa təkan verdiyini vurğulayıb. Y.Usova Moskvada belə bir forumun keçirilməsi barədə qərarı bu ilin may ayında Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumunda verdiklərini qeyd edib.
Daha sonra salamlama nitqi ilə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin direktoru müavini, Peşəkar Təhsil İnstitutu və CMAO-nun prezidenti Marina Fedotova və AQC sədri V.Oruc çıxış edib.
V.Oruc öz salamlama nitqində Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası prezidenti kimi ilk öncə Şuranın yaradılma tarixi və məqsədləri barədə məlumat verib. Daha sonra o, Rusiya ilə türk dünyası, o cümlədən Azərbaycan arasında uzunmüddətli, strateji, iqtisadi əlaqələrdən söz açıb, dərin tarixi köklərə dayanan bu əlaqələrin müasir dövrdə də aktuallığını qoruduğunu qeyd edib. V.Oruc Rusiya ilə türk dövlətləri arasında müxtəlif iqtisadi sahələrdə olduğu kimi qiymətləndirmə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin zəruri olduğunu ön plana çəkib. “Ölkələr arasında qiymətləndirmə standartlarının harmonizasiyası və müvafiq təcrübələrin paylaşılması bu sahənin inkişafına töhfə verəcək”, – deyə o bildirib.
Daha sonra forum panellərlə davam edib. Birinci paneldə V. Oruc AQC rəhbəri olaraq Azərbaycanda qiymətləndirmə və daşınmaz əmlak sektorunun xüsusiyyətləri mövzusunda məruzə səsləndirib. O, son dövrlər Azərbaycan iqtisadiyyatının böyümə istiqamətində olduğunu, ölkədə yeni iqtisadi reallıqlar və iqtisadi inkişaf üçün zəmin yarandığını, bu iqtisadi genişlənmə fonunda daşınmaz əmlakın da qiymətinin hər il artdığını deyib. AQC sədri bildirib ki, müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın investisiya cəlbediciliyini artırıb. Bu isə əsas investisiya alətlərindən biri kimi daşınmaz əmlaka axını gücləndirib. Bu ilin noyabr ayında Bakıda COP29 kimi mötəbər bir tədbirin keçiriləcəyindən bəhs edən V.Oruc belə tədbirlərin Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisi olduğunu vurğulayıb. O, qeyd edib ki, 30 ildən sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, Qarabağda bərpa-quruculuq işlərinin aparılması da ölkəyə investor marağını artırıb. V.Oruc son dövrlər Rusiyadan Azərbaycanda daşınmaz əmlak almaq üçün müraciət edənlərin sayının artdığını və bunun da sektorda bahalaşmaya səbəb olduğunu bildirib.
Forum çərçivəsində Azərbaycanla iştirakçı ölkələrin nümayəndə heyətləri arasında görüşlər keçirilib. Rusiya tərəfi ilə keçirilən görüşdə CMAO və AQC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Eyni zamanda Peşəkar Təhsil İnstitutunun Azərbaycanda filialının yaradılması istiqamətində müvafiq addımların atılması barədə razılıq əldə olunub.
Maraqlı müzakirələrlə yadda qalan forumda iştirakçı ölkələrin qiymətləndirmə təşkilatları arasında mütəmadi görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması barədə qərarlar qəbul edilib, Rusiyanın Peşəkar Təhsil İnstitutunun bu ölkələrdəki qiymətləndiricilərlə sıx əməkdaşlıq etməsinə dair ümumi razılıq əldə olunub. Eyni zamanda konfrans iştirakçıları Türk Dövlətləri Birliyinin yaradılmasını yüksək qiymətləndirdiklərini və bu kimi birliklərin qiymətləndirmə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiq olduğunu vurğulayıblar.

BƏNZƏR XƏBƏRLƏR

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb
Cəmiyyət

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

2025/07/04 14:38
0
Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada svetoforları quraşdırıldı
Cəmiyyət

Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada svetoforları quraşdırıldı

2025/07/04 9:52
0
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət

Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib

2025/07/04 9:14
0
Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Cəmiyyət

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

2025/07/03 18:41
0
Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb
Cəmiyyət

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb

2025/07/03 12:15
0
Səyyar ASAN xidmət davam edir
Cəmiyyət

Səyyar ASAN xidmət davam edir

2025/07/02 14:29
0

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

İyul 4, 2025
İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İyul 4, 2025
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

İyul 4, 2025
“AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib

“AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib

İyul 4, 2025

Recent News

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In