Haqq.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mercedes”in sürücüsü Turan Lətifov və 3 sərnişini xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.