Bazar ertəsi, İyul 14, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

Avropa Parlamentinin Azərbaycanla bağlı “qətnaməsi”: Reallıqdan uzaq İttihamlar və ədalətsiz mövqe – İsmayıl Nadirxanlı yazır…

27 Oktyabr, 24 / 13:18
Analitika, Gündəm, Manşet, Siyasət
A A

Avropa Parlamenti bir daha təsdiqlədi ki, o, ciddi və səmərəli bir qurum olmaqdan çox uzaqdır, intriqaların, təhrikin və mənasız qərarların mənbəyidir.

24 oktyabrda burada Azərbaycanla bağlı insan hüquqları pozuntuları və Ermənistanın beynəlxalq hüquq çərçivəsində vəziyyəti ilə bağlı qətnamə qəbul edilib.

Çox təəssüf doğuran bir haldır ki, bu sənədin lehinə 453 deputat səs verib. Bu da parlamentin mövcud tərkibinin əsl mahiyyətini göstərir. Bəlkə də həmin deputatlar Azərbaycan və Ermənistanın yerləşdiyi bölgədən belə xəbərsizdirlər, belə olduğu halda bu qətnaməyə səs vermələri olduqca ironik görünür.

Parlament özünün beynəlxalq arenadakı problemlərin həlli baxımından yetərsiz olduğunu bir daha göstərmiş oldu.

Qətnamədə Azərbaycanın Naxçıvanla əlaqələrinin Ermənistanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət şəraitində həll edilməsinin vacibliyi qeyd olunub. Bu, sənəd müəlliflərinin coğrafi və hüquqi bilgilərdən məhrum olduğunu göstərir. Deputatlar hələ də Naxçıvanın Azərbaycan torpağı olduğunu unudurlar. Fransada Normandiya vilayəti ilə bağlı belə bir təklif irəli sürülə bilərmi? Əlbəttə ki, yox, çünki hamıya məlumdur ki, həmin ərazi Fransaya aiddir.

Görünən odur ki, bu məsələ ilə bağlı qətnaməni hazırlamazdan əvvəl həmin deputatlara Cənubi Qafqaz barədə məlumat verilməli idi. Bu yol Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqədən ibarətdir, yəni burada Azərbaycandan Azərbaycana gedən yoldan söhbət gedir.

Digər tərəfdən, Ermənistan dörd il öncə, 10 noyabr tarixində imzaladığı bəyanatda Zəngəzur yolunun açılmasına razılıq verib. Ancaq Avropa Parlamenti deputatları bu məsələyə “ərazi bütövlüyü və suverenlik” prizmasından yanaşaraq İranın “qırmızı xətt” bəyanatını dəstəkləmiş oldular. İranın rəhbər şəxsləri Ermənistanın ərazi bütövlüyünün pozulacağını irəli sürərək bunu “qırmızı xətt” olaraq bəyan ediblər.

Qətnamə Ermənistanı qorumaq məqsədilə Avropa deputatlarının əsl üzünü ortaya qoyub: “Avropa İttifaqı Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü təhdid edən hər hansı fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməyə hazırdır” ifadəsi yer alıb.

Bu, əvvəllər saxta erməni iddiaları əsasında hazırlanmış “soyqırımın inkarının cinayətləşdirilməsi” məsələsinə bənzəyir ki, vaxtilə Fransada qəbul edilmişdi.

Avropa Parlamenti üzvləri qətnamədə səsləndirdikləri bu məsələdə fikir azadlığı prinsipini də pozurlar. Onlar 300 minə yaxın Qərbi azərbaycanlının öz tarixi torpaqlarına geri dönməsini əngəlləməyə çalışırlar. Avropa deputatları Qərbi azərbaycanlıların tapdanmış hüquqlarını görməzdən gəlirlər və onların geri dönüş hərəkatına qarşı çıxırlar. Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın Milli Məclisində Qərbi Azərbaycana Qayıdış Təşəbbüs Qrupu yaradılıb. Qətnamənin lehinə səs verənlər bu prosesi dayandırmaq üçün Azərbaycan parlamentinə qarşı sanksiya qəbul etməyə cəhd ediblər.

Avropa Parlamentinin üzvləri daha bir əsassız iddia irəli sürərək, 2023-cü ilin noyabr ayında qəbul edilmiş qərarın Azərbaycan tərəfindən yerinə yetirilməsini tələb ediblər. Rəsmi Bakını Qarabağdan köçənlərin “təhlükəsiz və maneəsiz geri qayıdışını təmin etmək” üçün qərarlarını icra etməyə çağırıblar.

Burada onlar yenidən yanlışlığa yol veriblər. Azərbaycan həmin erməniləri qovmayıb. Prezident İlham Əliyev onlara Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları üçün dəfələrlə müraciət edib. Lakin onlar bu təklifləri rədd edərək ölkəni könüllü şəkildə tərk ediblər. Halbuki, 35 il əvvəl indiki Ermənistan ərazisində 300 minə yaxın Qərbi azərbaycanlı zorla öz evlərindən qovulub. Bu insanlar öz əmlaklarından məhrum edilib və vətəndaşlıq hüquqlarından məhrum ediliblər. Onların torpaqları isə xaricdən gələn ermənilərə verilib. Avroparlamentin qətnaməyə dəstək verən üzvləri bu vəziyyəti nə görür, nə də eşidir.

Qətnamədə həmçinin Avropa deputatları “Dağlıq Qarabağda erməni mədəni, dini və tarixi irsinin məhv edilməməsi” tələbini irəli sürüblər. Əvvəla, bu tələb Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlikdir. Çünki Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı ərazi yoxdur. Əlavə olaraq, ermənilərin “mədəni, tarixi irsi” adlandırdığı abidələr də mövcud deyil, çünki onlar 200 ilə yaxındır Azərbaycan torpaqlarında məskunlaşıblar. Qarabağdakı qədim abidələr türklərə və albanlara məxsusdur. İşğal dövründə isə məhz ermənilər tərəfindən dağıdılıb.

Beləliklə, Avropa deputatlarının bu iddiası da əsassızdır.

Deputatlar qətnamədə həmçinin Aİ-dən Azərbaycana hərbi və təhlükəsizlik sahəsində texniki və maliyyə dəstəyinin dayandırılmasını və üzv dövlətlərdən Azərbaycana hərbi texnika ixracının dondurulmasını tələb ediblər.

Avropa İttifaqına üzv olan Fransa isə Ermənistanın silahlandırılmasında ən fəal ölkələrdən biridir. Bu ölkə digər dövlətin ərazisini 30 ilə yaxın işğal altında saxlayıb. Bu mənada Avropa Parlamenti yenidən haqsızdır.

Azərbaycanla Ermənistanın sərhədində Avropa İttifaqının mülki monitorinq missiyası fəaliyyət göstərir. Qətnamədə bu missiyanın mandatının genişləndirilməsi və qüvvədə olma müddətinin artırılması ilə bağlı çağırış yer alıb.

Bu missiya ilk əvvəl qısa müddətli fəaliyyət üçün nəzərdə tutulmuşdu. İrəvan və Parisin təkidi ilə iki ilə yaxındır fəaliyyət göstərir. Bu müddətdə Azərbaycan sərhədində Ermənistan tərəfinin təxribatları davam edib və heç bir cəza tədbiri görülməyib. Bu isə müşahidəçilərin Azərbaycana qarşı tərəf tutduqlarını göstərir.

24 oktyabrda Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birbaşa görüşüblər. Görüşdə ABŞ Prezidentinin xüsusi köməkçisi Maykl Karpenterin mesajını müzakirə etdikləri ehtimal olunur. Liderlər xarici işlər nazirlərinə sülh sazişi ilə bağlı işləri tezliklə yekunlaşdırmaq üçün tapşırıq veriblər.

Avropa Parlamentinin bu səyləri isə Azərbaycan-Ermənistan münasibətlərinə yersiz müdaxilədir. Şumer atalar sözündə deyildiyi kimi: “Qəssabların mübahisəsində qoyunların tərəf tutması onların taleyini dəyişmir.”

Bu aqibət, məhz Avropa Parlamentinin deputatlarına daha çox uyğundur.

BƏNZƏR XƏBƏRLƏR

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc
Cəmiyyət

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

2025/07/05 8:55
1
Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb
Cəmiyyət

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb

2025/07/03 12:15
1
Vətənə, xalqa xidmətin təntənəsi
Cəmiyyət

Vətənə, xalqa xidmətin təntənəsi

2025/07/02 13:03
11
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

2025/07/01 19:00
4
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Hərbi

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

2025/06/29 11:05
3
Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub
Hərbi

Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub

2025/06/26 12:17
0

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

İyul 5, 2025
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

İyul 4, 2025
İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İyul 4, 2025
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

İyul 4, 2025

Recent News

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

İyul 5, 2025
1
Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

İyul 4, 2025
0
İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü

İyul 4, 2025
0
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi başa çatıb

İyul 4, 2025
4
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In