Cümə axşamı, İyul 17, 2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

AQC sədri: Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası Azərbaycanda qeydiyyata alınacaq

27 May, 25 / 11:27
İqtisadiyyat, Manşet
A A

AZƏRTAC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat seçki konfransının yekunları və son illər qurumun fəaliyyəti ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun müsahibəsini təqdim edir.

-Vüqar müəllim, mayın 3-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat seçki konfransı keçirildi. Konfransın yekunları ilə bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı.

-AQC-nin nizamnaməsinə əsasən cəmiyyətin hər üç ildən bir növbəti hesabat seçki konfransı keçirilməlidir. Bu məqamda qeyd edim ki, ölkəmizin ilk peşə birliklərindən olan və 1999-cu ildən rəsmi fəaliyyət göstərən AQC-yə 2022-ci ilin may ayından etibarən rəhbərlik edirəm. Təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, son üç il ərzində AQC-nin fəaliyyətində ciddi dönüş yarandı. Təşkilatın sıraları genişləndi, dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, assosiativ birliklər, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri və özəl sektorla münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Cəmiyyətin sıraları genişlənib və ötən dövr ərzində qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması məqsədilə 10-dan artıq kurs və sertifikasiya imtahanları təşkil olundu. Qiymətləndirmə istiqamətlərinin, hansılar ki, o dövrə qədər faktiki mövcud deyildi, sayı artırılıb. Otuza yaxın dövlət qurumu, beynəlxalq təsisat, assosiativ təşkilat və media subyekti ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalamışıq. 3 il ərzində audiovizual media quruluşları və mətbuat orqanlarında fəaliyyətimizə dair minlərlə məqalə, müsahibə, reportaj və informasiya dərc edilib. 2024-cü ilin yekunlarına görə ilin ən aktiv ictimai birliyi seçildik. Bu, spesifik bir istiqamət üzrə çalışan ictimai birlik üçün çox böyük bir uğurdur.

AQC-nin VIII hesabat seçki konfransında bu barədə ətraflı hesabat verdim. Eyni zamanda, ictimai hesabatlı bir qurum olaraq fəaliyyətimiz barədə mediaya dövri hesabatlar təqdim edirik. Konfransın nəticələrinə gəldikdə isə, nizamnaməyə uyğun olaraq cəmiyyətimizin rəhbərliyi yeniləndi. Çox qürurverici məqamdır ki, qiymətləndiricilər bu dəfə də mənə etimad göstərdilər və yenidən AQC-nin sədri seçildim. Bununla yanaşı, 11 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət tərkibdə Nəzarət-Təftiş Komissiyası seçildi. Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri müəyyən olundu. Konfransdan sonra İdarə Heyətinin ilk iclasında isə rəhbər strukturlar formalaşdı.

Ümumilikdə konfransda 100-dən artıq qiymətləndirici iştirak edirdi. Fürsətdən istifadə edərək, konfransda iştirak etdiyinə və fəaliyyətimizə göstərdiyi yüksək diqqətə görə Milli Məclisin deputatlarına, Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Məhkəmə-Hüquq Şurasının rəsmilərinə, konfransın işini geniş şəkildə işıqlandıran televiziya kanallarına, informasiya agentliklərinə və mətbuat orqanlarına dərin təşəkkürümü bildirirəm. Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlandı. Müraciətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu islahatlardan, uğurlu daxili və xarici siyasətdən məmnunluq ifadə olunub. Onu da bildirim ki, 3 illik fəaliyyətimizdə diqqətçəkən məqamlardan biri də beynəlxalq əlaqələrin genişləndirilməsi, AQC-nin təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılması ilə bağlı idi.

-AQC ilə yanaşı, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına da rəhbərlik edirsiniz. CAATS-ın fəaliyyəti hazırda nə yerdədir və hansı yeniliklər gözlənilir?

-CAATS-ın yaradılması ideyası AQC sədri olaraq Türkiyəyə rəsmi səfərim çərçivəsində türkiyəli həmkarım Yaşar Bahçeci ilə baş tutan görüşdə razılaşdırılıb. O zaman Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında memorandum imzalandı və əsas müddəalardan biri də Türk dövlətləri qiymətləndiriciləri arasında həmrəyliyə və koordinasiyalı fəaliyyətə nail olmaq idi. Uzun müzakirələrdən və fəal təmaslardan sonra 2023-cü ilin mayında Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin “Zirvə Görüşü” keçirildi. 2023-cü ilin iyun ayında isə Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) təsis edildi. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti qiymətləndirmə birliklərinin təşəbbüsü ilə yaradılan Şurada 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndirici təmsil olunurlar.

Rusiya, Belarus və Gürcüstanın qiymətləndirmə cəmiyyətləri də qurumun fəaliyyətində yaxından iştirak edirlər. İndiyə qədər Türküstan, Ankara, Bakı, Daşkənd şəhərlərində Türk Dövlətləri Qiymətləndiricilərinin I, II, III və IV Forumları keçirilib. Hər bir forumda tədbirin keçirildiyi dövlətin rəsmiləri, deputatları və ictimai xadimləri, eləcə də Rusiya, Belarus və Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri və təmsilçiləri də qonaq qismində iştirak ediblər. Forumlar qardaş ölkələrin mediasında geniş şəkildə işıqlandırılıb. Gələn ay isə Bişkekdə Türk Dövlətləri Qiymətləndiricilərinin V Forumu keçiriləcək. Bu məqamda onu da qeyd edim ki, artıq CAATS-ın qeydiyyat məsələsi də həll olunmaq üzrədir və yəqin ki, Azərbaycanda qeydiyyata alınacaq. Fürsətdən istifadə edərək, fəaliyyətimizə göstərdiyi yüksək diqqətə və Türk dövlətləri arasında həmrəyliyə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və nazir Fərid Əhmədova dərin minnətdarlığımı bildirirəm.

-Beynəlxalq əlaqələrdən danışdınız. Bu günlərdə Belarusa səfəriniz baş tutdu. Azərbaycan və Belarus qiymətləndiriciləri arasında təmasların səviyyəsi nə yerdədir?

-Minskdə səfərimizin məqsədi Qiymətləndiricilərin Beynəlxalq Forumunda iştirak idi. Foruma AQC və CAATS rəhbəri olaraq qatıldım və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü İlham Bağırov da səfərdə iştirak edirdi. Tədbirdə Qırğızıstanın Nazirlər Kabineti yanında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin direktor müavini Satarova Eldana Talaybekovnanın, “Qazaxıstan Qiymətləndiricilər Assosiasiyasının özünütənzimləmə təşkilatı” qiymətləndiricilər palatasının üzvü Vedernikov Sergey Rufimoviçin, Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenianın, “Qrodno Dövlət Qeydiyyatı və Torpaq Kadastrı Agentliyi” Respublika Unitar Müəssisəsinin Qiymətləndirmə şöbəsinin müdiri Mariya Birin, “Milli kadastr agentliyi”nin aparıcı qiymətləndiricisi Natalya Muraşkonun, Rusiya Özünütənzimləmə Təşkilatının (CMAO) eksperti Yekaterina Xmaranın, “Qiymətləndirmə mərkəzi” ASC-nin sertifikatlı qiymətləndiricisi Vladimir Şabekanın, Belarusun Dövlət Əmlak Komitəsi yanında Sertifikatlaşdırma Komitəsinin üzvü Aleksandr Kistyukun müxtəlif mövzularda məruzələri dinlənildi.

Forumun açılış mərasimində “Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda çıxış edərək ölkəmizdə həyata keçirilən çoxvektorlu iqtisadi islahatlar, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi və AQC-nin fəaliyyəti barədə bəhs etdim. Səfər çərçivəsində AQC ilə Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyası arasında əməkdaşlıq haqqında saziş imzalandı. Forumun ikinci günündə isə “Nəqliyyat vasitələrinin, avadanlıqların qiymətləndirilməsi” mövzusunda seminar keçirildi və AQC nümayəndə heyəti Belarus Dövlət Əmlak Komitəsi tərəfindən diplom və sertifikatla mükafatlandırıldı. Səfər təəssüratım çox yüksəkdir və bunu Azərbaycan-Belarus qiymətləndiriciləri arasında münasibətlərin yeni mərhələsi adlandırmaq daha doğru olardı. Forumun gedişində Rusiya, Qırğızıstan və Qazaxıstanın qiymətləndirmə assosiasiyalarının rəhbərləri ilə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində danışıqlar apardıq və mühüm razılaşmalar əldə etdik.

-2024-cü ilin sonuna qədər AQC qiymətləndirmə sahəsində faktiki tənzimləməni həyata keçirsə də, hazırda Qiymətləndiricilər Palatası fəaliyyət göstərir. Bu qurumla münasibətlərinizi necə tənzimləyirsiniz?

-“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu ilə Azərbaycanda qiymətləndirmə fəaliyyətini tənzimləyəcək yeni qurum təsis edildi. Bu məqamda qeyd edim ki, istər qanunla bağlı rəsmi müzakirələrdə, istər Palatanı formalaşdırmağa məsul Təşkilat Komitəsinin fəaliyyətində, istərsə də qiymətləndirici şəhadətnaməsini əldə etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlara hazırlıq prosesində AQC olaraq yaxından iştirak etmişik. Təbii ki, inzibati idarəetmə funksiyası Qiymətləndiricilər Palatasında olacaq. Biz də Palatanın fəaliyyətində aktiv və yaxından iştirak edirik. AQC olaraq qiymətləndiricilərin hüquq və mənafelərinin təmini, sektorun inkişafı, yerli və xarici təşkilatlarla əməkdaşlığımız bundan sonra da davam edəcək. Bütün hallarda istər Qiymətləndiricilər Palatasının, istərsə də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti sektorun inkişafına yönəlməlidir.

BƏNZƏR XƏBƏRLƏR

“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimini reallaşdırıb(FOTOLAR)
Cəmiyyət

“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimini reallaşdırıb(FOTOLAR)

2025/07/16 12:08
30
Nazir Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb
Cəmiyyət

Nazir Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

2025/07/16 9:59
0
BDYPİ isti hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
Cəmiyyət

BDYPİ isti hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

2025/07/15 12:19
0
“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc
Cəmiyyət

“Xankəndidəki İƏT Zirvəsi Azərbaycanın diplomatik uğurudur”- Vüqar Oruc

2025/07/05 8:55
1
“AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib
İqtisadiyyat

“AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti dəfə görüş keçirib

2025/07/04 14:24
0
Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb
Cəmiyyət

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında Memorandum imzalanıb

2025/07/03 12:15
1

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Saatlı rayonu Qara Nuru kənd məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib(FOTOLAR)

Oktyabr 4, 2024
Lənkaranlılar  Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə  talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Lənkaranlılar Vətən üçün ölməyi seçdi tarixi hadisəsi niyə talışlarda saat 12-dən sonra ifadəsinə çevrildi?

Yanvar 17, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib

İyul 17, 2025
Gəncləri şəhid olmağa çağıran Şeyx Yunis Turabi Tehrandan qaçaraq Sarabın Ərzənq kəndində gizlənmişdi

Gəncləri şəhid olmağa çağıran Şeyx Yunis Turabi Tehrandan qaçaraq Sarabın Ərzənq kəndində gizlənmişdi

İyul 17, 2025
Ağcabədidə çətənə kollarının kultivasiyasını edən 2 nəfər saxlanıldı- DİN

Ağcabədidə çətənə kollarının kultivasiyasını edən 2 nəfər saxlanıldı- DİN

İyul 17, 2025
Azərbaycan və Qazaxıstan XTQ mənsubları görüşüb

Azərbaycan və Qazaxıstan XTQ mənsubları görüşüb

İyul 17, 2025

Recent News

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib

İyul 17, 2025
0
Gəncləri şəhid olmağa çağıran Şeyx Yunis Turabi Tehrandan qaçaraq Sarabın Ərzənq kəndində gizlənmişdi

Gəncləri şəhid olmağa çağıran Şeyx Yunis Turabi Tehrandan qaçaraq Sarabın Ərzənq kəndində gizlənmişdi

İyul 17, 2025
2
Ağcabədidə çətənə kollarının kultivasiyasını edən 2 nəfər saxlanıldı- DİN

Ağcabədidə çətənə kollarının kultivasiyasını edən 2 nəfər saxlanıldı- DİN

İyul 17, 2025
1
Azərbaycan və Qazaxıstan XTQ mənsubları görüşüb

Azərbaycan və Qazaxıstan XTQ mənsubları görüşüb

İyul 17, 2025
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In