Türkiyə turizm cənnətidir. Hər il milyonlarla turist bu qədim ölkəni ziyarət edir. Türkiyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim yaşayış məskənləri haqqında öz təəssüratlarını paylaşırlar. Hər il Türkiyəyə axın edən turistlərin sayı durmadan artır. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antik kəndlərə səfər edən turistlər maraqlı auraya düşdüklərini etiraf edirlər. Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər. Məşhur səyyah Frederik Parat isə Türkiyəni gəzdikdən sonra burana axirətdəki cənnət olaraq qeyd edib. “Bu torpaqlarda olmamısınızsa, deməli bu dünyada yaşamamısınız”- deyə səyyah qeyd edir. Bu gün dünya turizm mərkəzinə çevrilən Türkiyənin ən seviləm ərazilərindən biri sözsüz ki, Antalyadır. Antalyada müasir çimərliklər və otellər yanaşı kəşf edilməyən bir tarix də var.
Bu günkü yazımızda məhz dünyanın cənnəti adlandırılan Antalyanın ən qədim və gözəl insan yaşayış məskənləri ilə sizi tanış edəcəyik.
Olympos Antik Şəhəri, Antalya
Nə zaman inşa edildiyi bilinməsə də, eramızdan əvvəl 167-168-ci illərdə zərb edilən Likya İttifaqı sikkələrində adı keçən Olympos, Likya Birliyində üç səs hüququ olan altı şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülmüşdür. Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı kanalla bağlanmış, onun hər iki tərəfi dayaq kimi istifadə edilmiş və körpü ilə bir-birinə bağlanmışdır. Bu gün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım akropolda son dövrlərə aid tikili xarabalıqları vardır. Çayın cənub sahilində Ellinistik təməlli və Roma təmirli kiçik teatr çox bərbad vəziyyətdə olsa da, girişin bir tərəfi yaxşı qorunub saxlanılmışdır.
Patara Antik Şəhər, Antalya
Patara Antik yaşayış məskəni indiki Ovagelamış kəndində, Fethiye ilə Kalkan arasında Xanthos vadisinin cənub-qərb ucunda yerləşir. Likiyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır. Tağın qərbindəki təpənin yamaclarında Likiya tipli sarkofaqların olduğu qəbiristanlıq sahəsi yerləşir. Yazılardan aydın olur ki, şəhərin ən cənub ucunda yerləşən teatr eramızın 147-ci ildə zəlzələdən sonra yenidən tikilib. Şəhərin digər xarabalıqlarına Vespasian hamamları, Korinf məbədi, əsas küçə, liman və taxıl anbarı daxildir.