Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan haqq.az saytına verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçiriblər. Tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən ümumilikdə 1 tondan artıq 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.