Qasımov İsmayıl Sadiq oğlu 17 dekabr 1989-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 14 saylı orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2007-ci ildə bitirmişdir. Ailəli idi. Bir övladı var.
Qasımov İsmayıl 2008-ci ildə həqiqi hərbi xidmətə yollanmış və 2009-cu ildə xidmətini başa vurmuşdur.
Azərbaycan Ordusunun giziri İsmayıl Qasımov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir.
İsmayıl Qasımov 9 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olmuşdur.
10 dekabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Ravin Həsənov