Çərşənbə, Yanvar 28, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

15 iyun – Qurtuluşa aparan yolun başlanğıcı”- Samirə Adəmqızı

12 İyun, 25 / 10:37
Siyasət
A A

Azərbaycan xalqının tarixinə yön verən, taleyində dönüş nöqtəsi yaradan günlər sırasında 15 İyun – Milli Qurtuluş Günü xüsusi yer tutur. Bu əlamətdar tarix təkcə bir təqvim bayramı deyil, xalqımızın yaddaşına dərin iz salmış, müstəqil dövlətçiliyimizin əsaslarının qoyulduğu, sabitliyin, inkişafın və tərəqqinin başlanğıcı olan unudulmaz gündür. Həmin gün Azərbaycan xalqı gələcəyinə, sabahına sahib çıxaraq öz xilaskarına – ümummilli lider Heydər Əliyevə böyük inam və ümidi ilə üz tutdu. Bu seçim yalnız siyasi deyil, eyni zamanda milli qurtuluşun təməl qərarı idi.

1991-ci ildə yenidən müstəqilliyini elan edən Azərbaycan çox keçmədən ağır sınaqlarla üzləşdi. Daxildə cərəyan edən siyasi çəkişmələr, hakimiyyət boşluğu, separatizm cəhdləri və Ermənistanın davam edən hərbi təcavüzü ölkəmizi xaos və parçalanma həddinə gətirib çıxarmışdı. AXC-Müsavat iqtidarının səriştəsizliyi dövlət idarəçiliyində ciddi böhran yaratmış, xalqın dövlətə inamı sarsılmışdı. 1993-cü ilin iyununda isə vəziyyət kulminasiya nöqtəsinə çatdı – ölkədə vətəndaş müharibəsi təhlükəsi reallaşmaq üzrə idi. Belə bir şəraitdə xalqın ümumi rəyini, inamını və iradəsini ifadə edən yeganə qərar vardı – ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev qurtara bilərdi. Naxçıvanda yaşayan və xalqın təkidli dəvəti ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Ulu Öndər iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkə tarixində dönüş nöqtəsi oldu – Azərbaycan süqut təhlükəsindən xilas edildi, müstəqillik qorundu və sabitlik bərpa olundu. Ulu Öndər Heydər Əliyev çətin və ziddiyyətli bir dövrdə ölkənin siyasi rəhbərliyini öz üzərinə götürərək dövlət idarəçiliyində ciddi islahatlara başladı. Onun prinsipial və uzaqgörən siyasəti sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, separatizm cəhdləri neytrallaşdırıldı, ordu quruculuğuna başlanıldı və iqtisadi dirçəlişin təməli qoyuldu. Heydər Əliyevin “ Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır ” fikri, əslində, onun siyasi yolunun mayakıdır.

Milli Qurtuluş Günü təkcə siyasi böhranın aradan qaldırılması deyil, həm də Azərbaycanın dövlətçilik ənənələrinin müasir əsaslar üzərində qurulması prosesi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan və zaman keçdikcə dərinləşən dövlətçilik ideyaları bu gün də öz aktuallığını qorumaqdadır. 1997-ci ildən etibarən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 İyun – Milli Qurtuluş Günü rəsmi dövlət bayramı kimi qeyd olunur. Bu, xalqın öz liderinə olan sonsuz inamının və təşəkkürünün hüquqi ifadəsidir. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.

Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətti daha da inkişaf etdirərək Azərbaycanı regionda söz sahibi olan qüdrətli dövlətə çevirib. Son illərdə əldə olunan böyük nailiyyətlər – enerji təhlükəsizliyi sahəsində qlobal layihələr, beynəlxalq nüfuzun güclənməsi, sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, müasir infrastrukturun yaradılması – bütün bunlar bu siyasi kursun təntənəsidir. Və əlbəttə, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı Böyük Qələbə – 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması – məhz 15 İyundan başlanan qurtuluş yolunun məntiqi zirvəsi oldu. Bu zəfər bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik yolu dəyişməz və sarsılmazdır.

Artıq xalqımız beşinci ildir ki, 15 İyun – Milli Qurtuluş Gününü qalib bir xalq kimi qeyd edir. Bu gün azad Qarabağda, dirçələn Şuşada, yenidən qurulan Zəngilanda, Laçında, Ağdamda 15 İyun – Qurtuluş ruhu yaşayır. Ulu Öndərin memarı olduğu bu qurtuluş yolu möhtəşəm zəfərlərə aparan xalq iradəsinin ifadəsidir. Tarixin bu parlaq səhifəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq

BƏNZƏR XƏBƏRLƏR

Azərbaycan–Slovakiya əməkdaşlığında yeni dinamika
Siyasət

Azərbaycan–Slovakiya əməkdaşlığında yeni dinamika

2025/12/10 10:02
27
Laçın şəhərinin strateji və mədəni əhəmiyyəti
Siyasət

Laçın şəhərinin strateji və mədəni əhəmiyyəti

2025/12/01 16:01
26
Kəlbəcərin dirçəlişində strateji yol xəritəsi və gələcək perspektivlər
Manşet

Kəlbəcərin dirçəlişində strateji yol xəritəsi və gələcək perspektivlər

2025/11/25 11:18
20
“Yeni dövlət prioritetlərinin analizi”- Fərid Mustafayev
Siyasət

“Yeni dövlət prioritetlərinin analizi”- Fərid Mustafayev

2025/11/17 9:20
10
Qürurumuzun əbədi simvolu
Siyasət

Qürurumuzun əbədi simvolu

2025/11/07 11:32
16
Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni mərhələsi və regional sabitliyin möhkəmlənməsi
Siyasət

Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni mərhələsi və regional sabitliyin möhkəmlənməsi

2025/10/25 11:16
15

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

Yanvar 21, 2026
Samirə Hüseynova -“Qlobal reallıqlar, regional həllər”

Samirə Hüseynova -“Qlobal reallıqlar, regional həllər”

Yanvar 21, 2026
Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb

Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb

Yanvar 21, 2026
Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Yanvar 21, 2026

Recent News

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir

Yanvar 21, 2026
8
Samirə Hüseynova -“Qlobal reallıqlar, regional həllər”

Samirə Hüseynova -“Qlobal reallıqlar, regional həllər”

Yanvar 21, 2026
29
Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb

Ağcabədi rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb

Yanvar 21, 2026
3
Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı

Yanvar 21, 2026
0
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In