Bu gün cəmiyyətdə qəribə bir mənzərə yaranıb. Həqiqi vətənpərvərlər – döyüş meydanında canını qoyanlar, səssiz-sədasız xidmət edənlər, bayraq üçün, torpaq üçün gözünü qırpmadan ölümlə üz-üzə gələnlər kənarda qalıb. Amma nə qədər təəssüf doğurur ki, özü hərbi forma geyməyən, övladı xidmət görməyən, ya da tanış-biliş tapıb oğlunu arxa cəbhədə saxlatdıranlar bu gün “meydanda”dır.
Çox yerdə yerdə onlardır: tribunada da, kameralarda da, sosial şəbəkədə də. Özlərini qəhrəman kimi göstərir, vətənpərvərlik dərsi keçirlər.Biz bilirik ki, kimlər kimdi..Abrımızdan susuruq,görməməzlikdən gəlirik,gördüklərimizi demirik,amma o deyil,əzizlərim,vallah o deyil,xalqın gözü tərəzidi,hərşeyi görüb və görür….
Çoxda şey eləməyin…
O tədbirlər “krallarına” sual verən yoxdur – bəs sən harada idin o günlərdə? Kim idi ön cəbhədə, kim idi səngərdə? Həqiqət odur ki, bu gün at izi it izinə qarışıb. Həqiqi qəhrəmanlar sakitcə, başıaşağı yaşayır, saxta “igidlər” isə GUR səslə danışır.
Bu millət bir gün yenə haqqı yerinə qoyacaq. Çünki xalqın yaddaşı var. Gec-tez bilinəcək kim Vətən üçün can verib, kim Vətən adıyla mənfəət qazanıb. O gün gələndə isə hər kəs öz yerində olacaq – biri TARİXDƏ, biri də yaddaşdan silinmişlər sırasında.
Zaur Talıblı



















