Azadlıq sevincimizin baş qaldırdığı, Qarabağa açılan yolun başlanğıcı olan Aprel Zəfərinin 10-cu ildönümü və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü”nün 108-ci ildönümündə 2 aprel 2026-cı il tarixində Sumqayıt Dövlət Universitetində AYB-nin və AJB-nin üzvü, “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib.
Şəhid ailələrinin də iştirakı ilə keçirilən görüşdə ilk olaraq Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi.
Tədbirdə ilk olaraq Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək Aprel döyüşləri haqqında və “VƏTƏN FƏDAİLƏRİ” layihəsi haqqında fikirlərini bölüşdü. Manya Səxavətqızı öz düşüncələrini bölüşərək vətənin azadlığı uğrunda canlarından keçən qəhrəmanların adlarının tarixə həkk olunduğu kitabları universitetin müəllim və tələbə heyətinə təqdim etdi. Şəhid Mikayıl Vahabzadənin anası Rumiyyə xanım, Şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva öz çıxışlarında Şəhidlərimizdən və Manya Səxavətqızının ərsəyə gətirdiyi kitabların önəmindən danışdılar.
Tədbirin sonunda xatirə fotosu çəkildi.
























