Haqq.az xəbər verir ki,fevralın 1-də şəhid baş leytenant Bağırov Fuad Allahverdi oğlunun Şəhidlər Xiyabanında anım günü tədbiri keçirilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, şəhid baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərin-də anadan olmuşdur. 1998-2009-cu illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktə-bində təhsil almışdır. Ailəli idi. Ailəsi ilə Gəncədə yaşayırdı. Hüseyn adlı bir oğlu və Aylin adlı bir qızı yadigar qalıb.
Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun nəticəsində ərazidə istiqaməti itirərək azan 4 hərbi qul-luqçudan biri baş leytenant Fuad Allahverdi oğlu Bağırov idi.
Fuad Allahverdi oğlu Bağırovun anası Fəridə xanım deyir:
Oğlum dinib danışan deyildi ancaq çox mehriban, əliaçıq insan idi. “Səni bu yaxınlarda sevindirəcəm,ana”, “Mənimlə fəxr edə-cəksən” deyirdi. Kapitan rütbəsi alacaqdı. Sonuncu dəfə evimizə gələndə evləri dolandı amma çox məyus, qayğılı görsənirdi. Biz onun üzünü görə bilmirdik. Kəlbəcər dağlarında olurdu. Özü öz ərizəsiylə vətənin müdafiəsinə gedirdi. Aprel döyüşlərində də şü-caətlə iştirak etmişdi. Fuad həm aprel döyüşlərinin fəal iştirakçısı olub, həm də 2 ci Qarabağ döyüşlərində yeni Vətən müharibəsinin iştirakçısı olub.Çoxlu medalları və sertifikatları var.
Həyat yoldaşı Sənubər deyir ki, Fuad mənim xətrimə dəymə yib, incitməyib. Mehriban, övladlarını çox sevən ata olub.
Fuad tez-tez deyərmiş: “Uşaqların üzünü görə bilmirəm.”
Bəlkə də indi mavi səmalardan Şəhidimizin əziz ruhu övladla-
rının üzünü doya-doya seyr edir…