Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat həyata keçirib.
Daxil olan əməliyyat məlumatı əsasında Bakı-Ələt avtomobil yolunun 47-ci kilometrliyində baş tutan tədbir nəticəsində 22 yaşlı Əşrəf Əliyev və 21 yaşlı Sadiq Əhədov saxlanılıblar. Onların üzərinə və Ə.Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin,tiryək,marixuama və 100 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri Qaradağ rayonu ərazisindəki əvvəlcədən təyin etdikləri yerdən götürdüklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.