Məhəmməd Füzulinin adını daşıyan Əlyazmalar İnstitutunda nələr baş verir? -Oxuyun, biləcəksiniz ki…
Bir neçə gün bundan öncə bəzi xəbər saytlarında “Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR” adlı məqalə dərc olunmuşdu. Həmin məqaləni istinadla Analoq.az olaraq biz də dərc etmisdik.
Məqalədə adıçəkilən Samirə Əliyeva 25.01.2025-ci il tarixində redaksiyamıza zəng edərək, həmin yazının silinməsini israrla tələb etdi. O, hirsli-hikkəli şəkildə dedi ki, yazını hansısa ruhi xəstə sizə ötürüb və siz də əsassız şəkildə dərc etmisiniz!
Biz dəfələrlə Samirə Əliyevaya izah etdik ki, məqaləni Analoq.az saytı digər veb.sayta istinadla yayımlayıb. Yazı barədə hansısa xoşagəlməzlik, yəni yalan-palan varsa, təkzib verin. Burada nə var ki?
Samirə Əliyeva isə dəfələrlə hansısa həmkarını ruhi xəstə adlandırdı. Ona dəfələrlə izah etdik ki, “ruhi xəstə” dediyiniz adamla Analoq.az olaraq heç bir əlaqəmiz yoxdur. Samirə Əliyeva isə, əksinə, bir az da üstünə qoyaraq, saytın əməkdaşına “vicdansız” adlandırdı.
Analoq.az olaraq haqqında bəhs etdiyimiz yazıdan Samirə Əliyeva ilə bağlı olan hissəni yenidən çıxarış edib dərc etmək istədik. Samirə Əliyevaya xatırlatma etmək istədik ki, dərc olunan məqalədə onun adı heç də hansısa həmkarına “ruhi xəstə“ deməklə bitmir. Yəni yazıda olanlar hansısa “ruhi xəstə”nin verdiyi faktlar deyil.
SİTAT: “…Əlyazmalar İnstitutunda araşdırma aparan, barmaqla sayılan bir neçə ixtisaslı kadr var, elə tədqiqatları da onlar aparır. Digər işçiləri isə əlini-qolunu sallayıb gəzir. İşə qəbul məsələsində isə G.Babaxanlıya institutun Həmkarlar İttifaqının sədri, filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva yaxından kömək edir. O da bu məsələdə öz faizini alır. Xatırladaq ki, S.Əliyeva yaxın müddətə qədər institutun direktoru müavini vəzifəsinə qədər yüksəlmiş, lakin korrupsiya məsələsinə görə şikayətlər olduğu üçün, vəzifədən azad edilmişdir. Hal-hazırda institutun direktor müavini vəzifəsi aylardır boşdur. G.Babaxanlının muzeydəki vəzifə müddəti cari ilin 1 mart tarixinədək qüvvədədir. Əgər Mədəniyyət Nazirliyi G.Babaxanlını bu il martın 1-də Hüseyn Cavidin Ev Muzeyinə direktor olaraq təyin etməsə, Əlyazmalar İnstitutuna direktor müavini keçmək istəyir. Həmin yeri də özü üçün alternativ olaraq saxlatdırıb.”
Bax belə. Bu faktlar mətbuata sızıb. Əgər, doğrundan da hansısa bir qeyri-obyektivlik, qərəzlilik varsa, əlbətə, saytımız S. Əliyevaya açıqdır və təkzibedici faktlarla çıxış edə bilər.
Ona görə də hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Həmkarlar İttifaqının sədri vəzifəsində çalışan, filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevaya məsləhət bilərdik ki, daşıdığı vəzifəyə uyğun olaraq, həmkarının hüquqlarını müdafiə etmək onun birbaşa vəzifə borcudur. Amma Samirə xanımın daşıdığı vəzifəsinə uyğun olmayan alim lüğətinə sığmayan ifadələrlə hansısa həmkarını “ruhi xəstə” adlandırması nə dini, nə elmi, nə də insani baxımdan düzgün hesab edilmir.
Biz bir daha Samirə xanıma məsləhət görərdik ki, əlində heç bir tibbi sənədi, yəni əsası olmadan, hansısa həmkarına “ruhi xəstə” deməsin. Bu, həm də hüquqi cəhətdən cinayətdir! Bunun üstündə adamı məhkəməyə çəkərlər, onda bütün hirs-hikkənin əvəzinə orada qorxu-təlaş təri axıdar adam.
Bundan əlavə, Samirə Əliyevanın marağı nədir ki, səhər o başdan telefonu əlinə alıb Analoq.az-dan və digər saytlardan yazıların silinməsini tələb edir.
Saytlardan yazıların silinməsi Samirə Əliyevanın vəzifə səlahiyyətləri daxilində deyil. Analoq.az olaraq Samirə Əliyevaya bir daha bildirmək istəyirik ki , həmkarlarını ruhi xəstə adlandırması alimə yaraşmır.
Filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevanın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Həmkarlar İttifaqının sədri olmağını nəzərə alıb, Məhəmməd Füzulinin dostluqla bagli bir qəzəlini burada, yeri gəlmişkən verməyi özümüzə borc bildik.
Sözün ən ali qatına ucalan, ustadlar-ustadı dostluq haqqında tam başqa düşüncədə olub.
Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale’ zəbun.
Bildiniz də, niyə məhz sevgi şairindən dostluq haqında qəzəlindən bir nümunə gətirəsi olduq. Axı, o institut ölməz, Kərbəlada elə şəhid kimi dəfn olunmuş Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyır. Heç olmasa, bunu nəzərə alıb, orada Samirə xanım dostluğu nümunəyə çevirsin.
Samirə xanım, vəzifədən öncə, iş yerində həmkarlarınızla həmfikir olun ki, Füzulimizin ruhunu incitməyəsiniz. Bizim də sizə tövsiyəmiz bu ola bilər.
Analoq.az