Balıqların kürütökmə dövrü ilə bağlı moratoriumu pozan daha bir şəxsi su polisi Lənkəranda saxladı
Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma riayət etməyən, qanunsuz balıq ovu və brokonyerliklə məşğul olan şəxslərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan haqq.az-a verilən məlumata görə, Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Əsədov saxlanılıb. Ondan kustar üsulla hazırlanan və elektrik avadanlıqları quraşdırılan balıqovlama alətləri, eləcə də qanunsuz olaraq ovladığı 200-dən artıq müxtəlif növ balıq aşkarlanıb.
Araşdırma aparılır.