Təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
Özünü Kapital Bank-ın işçisi kimi təqdim edən şəxs Cəlil Əliyevin kartından 80 507 manat pul oğurlayıb.
H.Əliyevanın atası deyib ki, kartdan oğurlanan vəsait qızının vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
DİN Mətbuat Xidmətindən bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.