Cümə, İyun 5, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı münasibəti ilə keçirilən tədbirdə çıxış edib(FOTOLAR)

29 Oktyabr, 24 / 22:53
Cəmiyyət, Gündəm, Manşet, Siyasət, Sosial
A A

Haqq.az xəbər verir ki,Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə çıxış edib.
Spiker Sahibə Qafarova əvvəlcə Türkiyə Respublikasının Cümhuriyyət Bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıb.

Milli Məclisin sədri, çıxışında bildirib ki, 101 il öncə qəhrəman Türkiyə xalqı Qazi Mustafa Kamal Atatürkün öndərliyində vahid amal ətrafında sıx birləşərək, istiqlaliyyət uğrunda sönməz mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan edilməsi məhz həmin sarsılmaz iradənin qəti və yekun zəfəridir.
Spikerin sözlərinə görə, Türkiyə Respublikası qurulduğu andan etibarən bütün çətinlikləri və maneələri dəf edərək, öz dövlətçiliyinin qorunub saxlanması və gücləndirilməsi, müstəqil milli inkişafının təmin olunması yolunda inamla addımlayır. Xüsusən son iyirmi ildə Türkiyənin əldə etdiyi nailiyyətlər nə dərəcədə böyük məsafə qət edildiyinin aşkar sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi altında Türkiyə siyasi, iqtisadi, hərbi, elmi, texnoloji və digər sahələrdə möhtəşəm tərəqqiyə nail olub.

Bu gün qlobal miqyasda gedən proseslərə həlledici təsir göstərən, sülhə və sabitliyə böyük töhfələr verən Türkiyənin haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən biri olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, öz istiqlalının ikinci yüzilliyində də Türkiyə davamlı inkişaf yoluyla addımlayacaq, daha da böyük uğurlar və qələbələr qazanacaq.

Spiker qeyd edib ki, Türkiyənin hər bir nailiyyətinə Azərbaycanda bizlər olduqca sevinir və fəxr hissi keçiririk. Bu da təbiidir. Bu reallıq məhz ortaq tarix, köklər, milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirir. Müasir Azərbaycan-Türkiyə münasibətləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamının parlaq təcəssümüdür. Sahubə Qafarovanın sözlərinə görə, bu münasibətləri səciyyələndirən ən böyük xüsusiyyət ölkələrimizin və xalqlarımızın həm sevincli, həm də kədərli günlərdə bir yerdə olması, bütün məsələlərdə bir-birini qeyd-şərtsiz və tərəddüdsüz dəstəkləməsidir.

Qeyd edilib ki, Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizəsinə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi Azərbaycan-Türkiyə birliyi və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri tarixi dövrünü yaşayır. Dövlət başçılarımızın iradəsi və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə – müttəfiqlik səviyyəsinə çatıb. Üç il öncə imzalanmış Şuşa Bəyannaməsi yalnızca müttəfiqlik münasibətlərimizin gələcək inkişaf istiqamətlərini və hədəflərini müəyyən edən Yol xəritəsi deyil. Bu, həm də Azərbaycan-Türkiyə qardaşlığının, birlik və həmrəyliyinin əbədi və dönməz olduğunun bir ifadəsidir. Spiker vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu qardaşlıq münasibətləri həm də ümumi rifaha və tərəqqiyə xidmət edir.
Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf etdiyini söyləyən Sahibə Qafarova əlavə edib ki, birgə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti, iqtisadi-ticari göstəricilərin, qarşılıqlı sərmayə qoyuluşunun ardıcıl surətdə artması, hərbi, texnoloji, nəqliyyat, enerji və digər sahələrdə sıx əməkdaşlıq dövlət başçılarımızın müəyyən etdiyi hədəflərin uğurla reallaşmasının nəticəsidir. O cmlədən, vurğulanıb ki, humanitar əlaqələrimiz – elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığımız qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Bu gün Azərbaycan və Türkiyənin beynəlxalq miqyasda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdiyini də diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, reallaşdırılmış birgə layihələr, irəli sürülmüş təşəbbüslər daha geniş regionda sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verir.

Eyni ailənin üzvü olduğumuz digər türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının institusional cəhətdən gücləndirilməsi istiqamətində atılan addımlar isə Türk dünyasının daha da sıx birləşməsinə imkan yaradır.
Milli Məclisin sədri çıxışının sonunda Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin, birlik və həmrəyliyinin daim inkişaf edəcəyinə və yeni-yeni zirvələrə yüksələcəyinə əminliyini ifadə edib.
Haqq.az
Sahilə Bayramlı

BƏNZƏR XƏBƏRLƏR

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
Cəmiyyət

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

2026/04/18 13:37
3
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi
Cəmiyyət

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

2026/04/18 10:26
3
Bədəndə narkotik və psixotrop maddələrin olub-olmaması üçün testlər
Cəmiyyət

Bədəndə narkotik və psixotrop maddələrin olub-olmaması üçün testlər

2026/04/05 17:36
21
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırır
Cəmiyyət

BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırır

2026/04/04 9:34
7
Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb
Cəmiyyət

Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

2026/04/03 11:28
14
Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)
Cəmiyyət

Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)

2026/04/03 10:31
26

Stay Connected test

  • 24k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026

Recent News

Polis Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq edən şəxsi saxladı

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Aprel 18, 2026
4
Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Nizami və Füzuli yaradıcılığında eşq konsepsiyası: “Dünyəvi hissdən ilahi məhəbbətə…”

Aprel 18, 2026
41
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Aprel 18, 2026
3
BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

BDYPİ əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət etdi

Aprel 18, 2026
3
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In