19 Oktyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Biləsuvar rayon Xırmandalı kəndində seçicilərlə görüşü keçirildi.
Öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsini bir dəqiqlik sükutla yad edildi.
Daha sonra Millət Vəkili seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.
Ümumi tərkibli görüşün ardınca Şəhidlər Ziyadov Cəsarət Zaur oğlunun, Teymurov Rəsul Yusif oğlunun və Məmmədov Elvin Tərlan oğlunun ailəsi ziyarət edildi.