51 saylı Şirvan Seçki Dairəsindən Ana Vətən Partiyasının namizədi İsmayıl Nadirxanlı Səttar Bəhlulzadə küçəsinin sakinləri ilə məhəllə görüşü keçirib.
Görüş zamanı sakinlərin fikir və təklifləri dinlənilib və qeydlər aparılıb.
Ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu, daxili və xarici, dayanıqlı siyasətindən bəhs olunaraq, maarifləndirici söhbətlər aparılıb.
Seçkiyə qatılmağın, səs verməyin və aktivliyin vacibliyi vurğulanıb. İsmayıl Nadirxanlı seçiciləri öz platforması ilə tanış edib.
Məhəllə sakinlərinin hər biri seçkidə ona səs verəcəklərini və etimad etdiklərini xüsusilə vurğulayıblar.