29 yanvar 2025-ci il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilir.
63 saylı Hacıqabul – Kürdəmir seçki dairəsinin ərazisində 52 məntəqə vardır Menteqelerde seçicilərin sayı 51789 nəfərdir. İlk dəfə səs verənlər 85 nəfər, o cümlədən səsvermə günü 18 yaşı tamam olan olunanlar 3 nəfərdir 80-100 yaşlılar 714 nəfər, 100 yaşdan yuxarı 2 nəfərdir. 23 saylı məntəqə üzrə Necefeova Balabike Memiş qızı 105 yaş, 42 saylı məntəqə üzrə Sadıqova Sura Imran qızı-107 yaş.
8 bələdiyyə üzrə seçkilər keçiriləcəkdir. 94 nəfər bələdiyyə üzvü seçiləcəkdir 182 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınmışdır.
Seçki günü şəffaflığın təmin edilməsi məqsədi ilə 8 məntəqədə veb-kamera qurulmuşdur. Eyni zamanda seçki prosesində aşkarlığı təmin etmək məqsədi ilə 4 siyasi partiyadan, o cümlədən YAP, ADMP, AVP, DIP-dan 185 nəfər və öz təşəbbüsü ilə 553 nəfər olmaqla cəmi 738 nəfər müşahidəçi qeydə alınmışdır.
Seçki məntəqələrində seçicilərin fəallığı hiss olunur. Beləki, Hacıqabul şəhər 1 saylı seçki məntəqəsində seçicilər yüksək fəallıq göstərirlər 1 saylı seçki məntəqəsinin sədri Cəmilə Ağamalıyeva bildirir ki, seçici fəallığı yüksəkdir. Seşicilər sərbəst şəkildə seçki məntəqəsinə gələrək öz iradələrini ifadə edə bilirler Seçki məntəqəsində 1182 nəfər seçici vardır. İlk dəfə səs verənlər 17 nəfər, 80-100 yaşlılar isə 21 nəfərdir. Seçki məntəqəsində veb-kamera qurulmuşdur. Eyni zamanda səsvermənin gedişini müxtəlif siyasi partiyalardan və bitərəflərdən ibarət 14 nəfər müşahidəçi müşahidə edirlər 1 saylı seçki məntəqəsi üzrə seçici Talıbova Samirə Ramiz qızı bildirir ki, mən bələdiyyə seçkilərində iştirak etdim. Səsvermə normal şəraitdə keçir. Hər hansı bir təsir və təzyiqlə rastlaşmadım. Sərbəst şəkildə istədiyim namizədlərə səs verdim. Seçki məntəqəsində müşahidəçilər səsvermənin gedişini izləyirlər.
1 saylı seçki məntəqəsində müşahidəçi İbrahimov Hafis Alxaz oğlu bildirir ki, bələdiyyə seçkiləri çox şəffaf, obyektiv və azad şəkildə keçirilir. Seçicilər fəallıq göstərirlər Hal hazıra kimi seçki məntəqəsində hər hansı bir seçki qanunvericiliyinin pozulması hallarına rast gəlinməmişdir
63 saylı Hacıqabul Kürdəmir seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində bələdiyyə seçkiləri azad, demokratik və şəffaf şəkildə keçiriləcəkdir.