Milli Hidrometeorologiya Xidmətindən haqq.az-a verilən məlumata görə, avqustun 17-18-də ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 17-si gündüz saatlarında havanın qısamüddətə tutulacağı ehtimal olunur. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.