Bazar ertəsi, Mart 30, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analitika

Güclü diplomatiya və strateji təşəbbüslər

28 Avqust, 25 / 22:40
Analitika, Manşet
A A

Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yalnız regionda aparıcı güc kimi tanınmaqla kifayətlənmir, eyni zamanda qlobal səhnədə də nüfuzlu və etibarlı aktora çevrilmişdir. Dövlət idarəçiliyi, daxili və xarici siyasət strategiyası, sosial-iqtisadi inkişaf proqramları və iqtisadiyyatın davamlı inkişafı onun rəhbərliyi ilə uğurla həyata keçirilir. Xarici media platformaları vasitəsilə yayılan müsahibələr Azərbaycanın mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırmaq üçün effektiv vasitə rolunu oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin xarici medialara verdiyi müsahibələr ölkəmizin haqlı mövqeyini, enerji və iqtisadi potensialını, beynəlxalq layihələrdəki iştirakını və regionun inkişaf strategiyalarını qlobal auditoriyaya çatdırmaqda əvəzsiz əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə yalnız Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsini deyil, həm də Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturasında formalaşan yeni reallıqları əks etdirir. Müsahibə zamanı Prezident Azərbaycanın son otuz illik tarixi təcrübəsini, işğal və müharibə dövründəki strateji mövqeyini və müstəqillikdən sonrakı uğurlarını qlobal auditoriyaya çatdırıb.

Müsahibə zamanı cənab İlham Əliyev Ermənistanla otuz illik münaqişəni xatırladaraq bildirmişdir ki, 1990-cı illərdə Azərbaycan torpaqlarının 20 faizi işğal olununan zaman əhalinin 8 milyon nəfərdən bir milyonu yurd-yuvasından didərgin düşərək məcburi köçkünə çevrilmişdir. Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb, çünki Azərbaycan Ermənistanın ərazisini işğal etməyib, onlar bizim ərazimizi işğal etmişdilər. Buna görə də bu illər ərzində çətin şəraitdə yaşayan çox sayda qaçqın və məcburi köçkünlərimiz oldu. Biz hətta işğal dövründə də köçürülmə proqramını başladıq və bu işi 2007-ci ildə tamamilə yekunlaşdırdıq. Həmin dövrdə xalqımıza qarşı etnik təmizləmə həyata keçirilmiş, günahsız insanlar qətlə yetirilmiş və Xocalı soyqırımı baş vermişdir. Hələ də 3000-dən çox itkin düşmüş vətəndaşımızın taleyi məlum deyil.Lakin 1994-cü il atəşkəsindən sonra danışıqlar prosesi nəticəsiz qalmış və yalnız 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmişdir.İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regionda minalar ciddi təhlükə yaratmışdır. Təxminən 400 nəfər mina qurbanı olmuş, 70-dən çox insan həlak olmuş, qalanları isə ağır yaralanmışdır. Eyni zamanda, müharibə zamanı Qarabağdakı infrastruktur tamamilə məhv edilmişdir. Şəhər və kəndlər yerlə-yeksan olmuş, su, elektrik, kanalizasiya, dəmir yolları və magistral yollar sıradan çıxmışdır. Buna görə də bərpa işlərinə ilk illərdə böyük vəsait yalnız infrastrukturun bərpasına sərf olunmuşdur. Hazırda infrastruktur layihələri yekunlaşmaq üzrədir və növbəti iki-üç il ərzində regionun tam bərpası gözlənilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində köçkünlərin doğma yurdlarına qayıdışı prosesinə start verilib. Artıq 50 mindən çox insan azad olunmuş ərazilərdə məskunlaşıb və bu proses davam edir.
Dövlət başçısı müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə keçirdiyi görüşlər barədə səsləndirdiyi fikirlər oldu. Ölkə başçısı İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri vasitəsilə ölkəmiz yalnız öz ərazisini birləşdirməklə kifayətlənmir, həm də Şərq-Qərb və Şimal-Cənub marşrutlarını gücləndirərək bütün region üçün yeni imkanlar yaradır. Bu layihələr Azərbaycan, Ermənistan və İran arasında əməkdaşlığın inkişafına töhfə verir və təhlükəsizlik zəmanətləri ilə dəstəklənir.

Azərbaycanın diplomatik fəaliyyəti olduqca genişmiqyaslıdır. İran, Suriya və İsrail ilə qurulan konstruktiv münasibətlər, Türkiyə ilə strateji əməkdaşlıq və Körfəz ölkələri ilə enerji layihələri ölkəmizin beynəlxalq əlaqələrini daha da möhkəmləndirir. Azərbaycan həmçinin müsəlman dünyasında etnik və dini harmoniyanın təmin olunmasında nümunə rolunu oynayır və mədəniyyətlərarası dialoq sahəsində mühüm təşəbbüslər həyata keçirir. Prezident İlham Əliyev müsahibəsində Suriya ilə əlaqələrin normallaşması və regionda sülhün təmin olunması istiqamətində görülən işlərə də toxundu. Dövlət başçısı qeyd etdi ki, əvvəlki illərdə Suriyanın əvvəlki hökuməti Azərbaycanla münasibətlərdə ədalətsiz mövqe sərgiləyib və Ermənistan tərəfini dəstəkləmişdi. Lakin yeni hökumətin gəlməsi ilə Azərbaycan bunu müsbət qarşılayıb və dəstəyini ifadə edib. Prezidentin sözlərinə görə, bu ilin aprelində Türkiyədə Suriyanın Xarici İşlər Naziri Əhməd Əl-Şaraa ilə görüş olub, onu Azərbaycana rəsmi səfərə dəvət etmiş və humanitar yardım proqramları başlanmışdır. Azərbaycan tərəfindən Suriyaya təbii qazın elektrik enerjisinə çevrilməsi layihəsi çərçivəsində Türkiyə və Qətər hökumətləri ilə dördtərəfli razılaşma imzalanıb və avqustun 2-də layihənin açılışı keçirilib. Hazırda 1,2 milyard kubmetr qazın Suriyaya çatdırılması nəzərdə tutulub, gələcəkdə isə tələbat artacağı üçün həcmin artırılması planlaşdırılır. Prezident bildirib ki, Azərbaycan yalnız Suriyaya sülh və inkişaf gətirmək məqsədilə bu təşəbbüsləri dəstəkləyir. Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, Suriya ilə İsrail arasında danışıqlar Azərbaycan vasitəçiliyi ilə həyata keçirilib. Dövlət başçısı bildirdi ki, Azərbaycan ətrafında sabitlik və sülhün təmin olunmasını prioritet sayır. Təcavüz və müharibə səbəbindən əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan qaçqınlıq, evsiz qalma, enerji və ərzaq çatışmazlığı kimi problemlərin nə demək olduğunu yaxşı başa düşür. Uzun illər boyu donor ölkə kimi fəaliyyət göstərərək 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərən Azərbaycan, bu vasitəçiliklə yalnız İsrail və Suriya arasında normallaşma prosesinə dəstək verməyi hədəfləyib. Prezident qeyd etdi ki, Azərbaycan bu prosesə hər hansı şəkildə töhfə verə bilibsə, bundan məmnundur və mövcud potensial regionda sülh və proqnozlaşdırıla bilən vəziyyətin yaradılmasına mühüm imkanlar açır.

Prezident İlham Əliyev müsahibəsində əlavə olaraq vurğuladı ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verir, Avropa ölkələrini təbii qazla təmin edir və bərpaolunan enerji sahəsindəki böyük potensialını nümayiş etdirir. Dövlət başçısı bildirdi ki, ölkəmiz həmçinin sülh və normallaşma təşəbbüslərində vasitəçilik edərək Yaxın Şərqdə stabil və proqnozlaşdırıla bilən mühitin formalaşmasına dəstək verir. Prezidentin sözlərinə görə, Azərbaycan həm regionda, həm də beynəlxalq arenada güclü, etibarlı və balanslı siyasət yürüdür, qonşular üçün təhlükəsizlik və inkişaf imkanları yaradır. Onun strateji təşəbbüsləri, diplomatik nailiyyətləri və zəngin mədəni irsi birləşdirən yanaşması ölkəmizin dünya səhnəsində nüfuzunu gücləndirir və gələcəyə inamla baxmağa imkan verir.

Hüseynova Samirə Adəm qızı.

BƏNZƏR XƏBƏRLƏR

AQC rəhbərliyi Latviya səfirliyində olub: Qiymətləndirmə sektorundakı islahatlar və iqtisadi əlaqələr müzakirə edilib
İqtisadiyyat

AQC rəhbərliyi Latviya səfirliyində olub: Qiymətləndirmə sektorundakı islahatlar və iqtisadi əlaqələr müzakirə edilib

2026/03/24 9:04
14
“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ ŞABRAN RAYONUNDA TƏQDİM OLUNDU(fotolar)
Cəmiyyət

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ ŞABRAN RAYONUNDA TƏQDİM OLUNDU(fotolar)

2026/02/01 12:56
20
Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib
İqtisadiyyat

Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

2026/01/30 12:22
5
DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib
Cəmiyyət

DİN-də Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib

2026/01/19 18:30
4
Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbirləri keçirilmişdir – DSX
Cəmiyyət

Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbirləri keçirilmişdir – DSX

2026/01/19 16:27
4
Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib(FOTOLAR)
Cəmiyyət

Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib(FOTOLAR)

2026/01/19 16:06
2

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

NİFTALI GÖYÇƏLİ: TURAN SEVDALISI OLAN USTAD ŞAİR

NİFTALI GÖYÇƏLİ: TURAN SEVDALISI OLAN USTAD ŞAİR

Mart 26, 2026
AQC rəhbərliyi Latviya səfirliyində olub: Qiymətləndirmə sektorundakı islahatlar və iqtisadi əlaqələr müzakirə edilib

AQC rəhbərliyi Latviya səfirliyində olub: Qiymətləndirmə sektorundakı islahatlar və iqtisadi əlaqələr müzakirə edilib

Mart 24, 2026
“AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib

“AzerGold” QSC Ramazan və Novruz bayramları münasibətilə sosial aksiya həyata keçirib

Mart 21, 2026
İnsan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Mart 21, 2026

Recent News

9
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In