Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialı Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında “Tarixi Zəfərimiz” adlı tədbir keçirib.
Tədbirdə şəhid ailələri, qazilər və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 44 günlük Vətən müharibəsinin tarixindən, qəhrəman Vətən oğullarının şüacətindən, milli birliyimizdən söhbət açılıb.
Tədbir zamanı şəhid Səma Kərimovanın anası Sevda Kərimova övladına həsr olunmuş Məleykə Səmanın “Nur sorağında” adlı kitabını kitabxanaya hədiyyə edib.
Sonda Zəfər Günü ilə bağlı videoçarx nümayiş olunub.


























