Gələn ildən hərbi hissələrdə əsgərlərə xüsusi şərtlərlə mobil telefon və yeni nömrə təqdim olunacaq.
Əsgər istənilən 5 nömrəni “ağ siyahı”ya əlavə edə biləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq.
“Azercell”in təqdim edəcəyi bu nömrələrdə SMS və internet xidmətləri olmayacaq. Əsgərlər hərbi hissələrdəki müvəqqəti satış məntəqələrindən mobil cihazı və yeni nömrəni əldə edə biləcəklər.



















