Haqq.az xəbər verir ki,bu sözləri Ali Sovetin keçmiş deputatı və Konstitusiya Məhkəməsinin keçmiş üzvü Kim Balayan Ermənistan Ali Sovetinin deputatlarının
Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümünə həsr olunmuş iclasında deyib.
O qeyd edib ki, İstiqlal Bəyannaməsi Ermənistan Konstitusiyasının inkişafı, dövlət qanunlarının qəbulu, dövlət orqanlarının fəaliyyəti üçün əsasdır, hüquqi və siyasi dövlət həyatımızın qurulmasının əsasıdır.
“Ali Sovetin eyni qərarına əsasən, Ermənistanın heç bir rəsmisinin Qarabağı (sabiq separatçı rejimi nəzərdə tutur – red.) başqa dövlətin bir hissəsi kimi tanımaq hüququ yoxdur.
Bu gün biz görürük ki, hansısa erməni məmuru, baş nazir və ya başqası, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Əgər biz Konstitusiyada nəzərdə tutulduğu kimi hüquqi dünyada yaşayırıqsa, o zaman Baş Prokuror dövlətə xəyanətə görə dərhal cinayət işi qaldırmalı və o məmurları məsuliyyətə cəlb etməli idi”, – Kim Balayan vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az