İstanbulun simvolu sayılan məkanlardan biri Şahzadə adalarıdır.
TNS xəbər verir ki, Şahzadə adaları İstanbulun cənubunda, Mərmərə dənizində yerləşir. Turistlərin daim ziyarət etdiyi bu adalar tarixin bizə bir mirasıdır. Bu adalarda heyrətamiz mənzərələr və çoxsaylı tarixi abidələrin izləri var. Adalarda füsunkar çimərliklərdə dincəlmək, fərqli küçələrdə gəzmək, türk mətbəxinin özünəməxsus ləzzətlərini dadmaq mümkündür.
Şahzadə adalarının tarixi Şərqi Roma dövrünə qədər uzanır. Bu adaların adının tarixi mənası var. Vaxtilə bu adalara cəzalandırlan şahzadələr göndərilirdi. Məhz buna görə Şahzadə adaları adı verilib.
Bu gün adalar ecazkar heyrətamiz mənzərələri ilə bir istirahət mərkəzinə çevrilib. Cazibədar malikanələr və gözəl kilsələr burada çoxmədəniyyətli cəmiyyətin izlərini əks etdirir. Eyni zamanda, yalnız bələdiyyənin elektrikli nəqliyyat vasitələrinin istifadə edildiyi, avtomobilsiz küçələrdə gəzinti hər kəsə xüsusi zövq verir. Arxipelaqda doqquz gözəl ada var, lakin Böyükada, Heybəliada, Burgazada və Kınalıada ziyarətçilər arasında ən çox sevilənlərdir. Şəhərin hər iki tərəfindən gəmi ilə səyahət edərkən, Boğazın möhtəşəm mənzərələri sizə unudulmaz anlar bəxş edir. Adaların sakit küçələrində gəzişərək, mənzərəli evlərin, gözəl yaşıllıqların və dəniz mənzərələrinin içində xüsusi zövq ala bilərsiniz.
Böyükada
Şahzadə adalarının ən böyük adasıdır. Adada görməli digər yerlər arasında Şahzadə adaları Muzeyi, türk yazar Reşat Nuri Güntekinin evi və adanın yanğın qülləsi olan Adakuledir.
Heybəliada
İstanbulun ikinci ən böyük, ən yaşıllıq dolu adası olan Heybeliada görünüşü ilə çantaya bənzədiyi üçün bu adı alıb.
Burgazada
Şahzadə adalarının üçüncü ən böyük və ən sakit adasıdır. Ada ziyarətçiləri heyrətamiz malikanələr, monastırlar və mənzərəli gözəlliklərlə qarşılayır. Digər adalardan fərqli olaraq, Burgazada yalnız bir təpəyə malikdir.
Xınalıada
İstanbulun ən yaxın adası olan Xınalıada sakit bir tətil üçün ideal bir yerdir. Türk dilində “hennaya” işarə edən adı adanın qırmızı torpağından götürülüb.