Sovetlər təzə-təzə hakimiyyətdə möhkəmləndikcə rəsmi təbliğatında qolçomaqlarla mübarizədə “düzgünlüyün və prinsipiallığın” gənc simvollarını yaratmağa çalışırdılar. Moskvadan bütün hər yerə təlimat getmiş idi ki, yaşından asılı olmayaraq hər bir kəs yeni hakimiyyətə qarşı çıxışlar etsə, nəsə gizlətməyə çalışsa və ümummiyyətlə gizlin nəsə iş görsə dərhal yerli orqanlara xəbər versinlər. Lakin bu təlimatlar kifayət etmirdi və onlara bir örnək lazım idi. Bu şəxs isə Pavlik Marozov adlı yeniyetmə seçildi.
Pavlik Morozov sovet dövrünün məşhur, “nümunəvi” pionerlərindən biri kimi sonrakı nəsillərə nümunə göstərilən yeniyetmələrindən birinə çevrildi. Onu bütün sovetlərə daxil olan coğrafiyada “əqidəli”, əsl sovet vətəndaşı olduğu şüurlara yeridilirdi. Burada əsl məqsəd isə, insanları hətta kiçik yaşlarından başlayaraq kütləyə çevirərək öz maraqları üçün çalışmağa vadar edirdi. İnsanlar bundan ötrü hətta öz doğmalarından da vaz keçməli idilər. Buna müasir dildə Xəbərçilik, sovet təbliğatına görə nümunəvi vətəndaş obrazı idi. Sovetlər pionerləri sosializm quruculuğuna yad olan atalarına, qohum-əqrəbalarına qarşı qaldırırdı və onların ilk qurbanlarından biri də Pavlik Morozov seçildi. Sovet dövründəki rəsmi iddiaya görə babası və əmisi tərəfindən atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyinə görə qətlə yetirilmişdir. Bu 14 yaşlı yeniyetmə barədə elə güclü bir təbliğat qurdular ki, sovetlərə daxil olan hər yerdə pionerlər nəinki ətrafda baş verənləri, hətta öz ailələri barədə mütamadi xəbər verirdilər yerli güc strukturlarına.
Bu isə ağır nəticələr verirdi. Təkcə 1930-1935-ci illər ərzində özlərini Pavlik hesab edən pioner uşaqlardan 56-ı xəbərçi kimi ailələri tərəfindən qətl edilmiş idi. Çox təəssüf ki, bu siyahıda Azərbaycandan da üç pionerin adı var:
Əhməd Bəsirzadə. Kolxozda şörək gizlədən şəxsləri görüb xəbər verməyə qaçdığı zaman arxadan qohumları tərəfindən güllə ilə vurularaq öldürülür.
Adil İslamov, 12 yaşında kolxozda sovet hakimiyyətinin əleyhinə danışan insanları görüb onları milisə xəbər vermək üçün gedəndə onu görənlər güllə ilə vurub onu qətl edirlər.
Lətifə Süleymanova, kolxozda pay bölgüsü zamanı artıq payın götürülüməsini görüb etiraz etmək üçün milisə gedəndə kürəyindən bıçaq zərbəsi alaraq qətl edilir.
Hələ bu rəsmi qeydə alınanlar idi. Uşaq yaşlarından insanları xəbərçi kimi yetişdirən sovet hakimiyyəti neçə neçə ailəni qatilə çevirmiş idi.
Zaur Aliyev, dosent