Ana Vətən Partiyasının 51 saylı Şirvan Seçki Dairəsindən Bələdiyyəyə irəli sürülmüş namizədi İsmayıl Nadirxanlı Ana Vətən Partiyasının Şirvan Şəhər Təşkilatının üzvləri, şəhid ataları və Qarasu Əməliyyat Şirkətinin veteran və qaziləri ilə birgə 20 yanvar anım günü ilə əlaqədar olaraq şəhidlər xiyabanını ziyarət edib. Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin və 20 Yanvar şəhidlərinin xatirə lövhəsinin, həmçinin bütün şəhid məzarlarının önünə gül dəstələri düzülüb.
Allah şəhidlərimizə rəhmət eləsin!