Şənbə, Yanvar 17, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

AQC sədri: “Qiymətləndiricilər Palatasında gözləntilərimiz böyükdür”

04 Noyabr, 24 / 15:06
Cəmiyyət, Manşet, Müsahibə, Sosial
A A

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 27-də “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun tələbinə uyğun olaraq ilk dəfə olaraq qiymətləndiricilərin ixtisas imtahanını keçirib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc imtahanın yekunları və digər mövzular ətrafında təəssüratlarını bizimlə bölüşüb.

– Oktyabrın 27-də qiymətləndiricilər bir ilk yaşadılar və DİM tərəfindən təşkil olunan ixtisas imtahanında iştirak etdilər. İmtahanın yekunları ilə bağlı mövqeyinizi eşitmək maraqlı olardı.

– Fürsətdən istifadə edərək, ilk növbədə, imtahanda müvəfəqiyyət qazanan bütün iştirakçıları təbrik edirəm. İmtahan sınağından keçə bilməyən iştirakçılara isə gələcək imtahanlarda uğurlar arzu edirəm. Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahanda 144 namizəd iştirak edib ki, onlardan 106-sı uğur qazanıb. İmtahanlar 9 istiqamət üzrə keçirilsə də, iddialıların əksəriyyəti əsasən 2 istiqamət, daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi istiqamətlərinə üstünlük verib.

Qeyd edim ki, 2022-ci ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr seçilərkən hesabat-seçki yığıncağında təklifimiz oldu ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” 1998-ci ildə qəbul olunmuş qanun yenilənsin. Qiymətləndiricilər Palatasının yaradılması da təkliflərimiz sırasında idi. Belə bir təkliflə çıxış etməyimizin əsas səbəbi Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə miqyasında çoxvektorlu islahatlar həyata keçirilməsi və demək olar ki, bütün sahələrin yenilənməsi idi. Hesab edirdik ki, qiymətləndirmə fəaliyyəti də bu prosesdən kənarda qalmamalıdır və müasir dövrün tələblərinə uyğun fəaliyyət modelinə keçid etməlidir.

Ötən ilin payızından etibarən qanun layihəsi hazırlanmağa başladı və AQC olaraq biz də Milli Məclisdə təşkil olunan müzakirələrdə iştirak etdik. 2023-cü ilin sonunda isə qanun qəbul edilərək, Cənab Prezident İlham Əliyevin 8 dekabr 2023-cü il tarixli fərmanı ilə təsdiq olundu. Dövlət başçısının fərmanına uyğun olaraq Baş nazir Əli Əsədovun sərəncamı ilə Qiymətləndiricilər Palatasını təsis etmək üçün İqtisadiyyat və Maliyyə nazirliklərinin rəsmilərindən ibarət Təşkilat Komitəsi yaradıldı. Bu məqamda bildirim ki, qanunla Palatanı təsis etmək hüququ qiymətləndirmə imtahanından keçən qiymətləndiricilərə həvalə edilib. Biz Təşkilat Komitəsinin, İqtisadiyyat, Maliyyə, Ədliyyə Nazirliklərinin, Mərkəzi Bankın və Dövlət İmtahan Mərkəzinin birgə müzakirələrində yaxından iştirak etdik.

Dövlət İmtahan Mərkəzinin imtahanlara hazırlıq məqsədilə təşkil etdiyi prosesdə də AQC fəal iştirak edirdi. Cəmiyyətin rəhbərliyində təmsil olunan qiymətləndirmə mütəxəssisləri və iqtisadçı alimlərlə birlikdə imtahanın yüksək səviyyədə keçirilməsinə öz töhfəmizi verdik. Mən də AQC sədri olaraq bu prosesdə aktiv iştirak etdim. İmtahana gəldikdə isə, bununla da bağlı hər hansı neqativ fikrim yoxdur. Qürurverici məqamdır ki, ölkə qiymətləndiriciləri sektor üçün yenilik sayılan mərhələni uğurla adladılar.

– Ötən ilin sonunda qüvvəyə minən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun daha bir tələbi isə Qiymətləndiricilər Palatasının formalaşması ilə bağlıdır. Palatanın təsis yığıncağı nə zamana nəzərdə tutulub?

– “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna müvafiq olaraq Qiymətləndiricilər Palatası təsis olunmalıdır. Artıq Palatanın üzvləri məlumdur. İmtahanda müvəfəqiyyət qazanan qiymətləndiricilər Palatada təmsil olunmaq hüququnu qazanıblar. Təsis yığıncağını isə Nazirlər Kabinetinin yaratdığı Təşkilat Komitəsi təşkil edəcək. Bundan sonra qiymətləndirmə sektorunun tənzimlənməsi ilə bağlı qərarları Palata və onun rəhbərliyi verəcək. Rəhbərliyə gəldikdə isə, təsis yığıncağında seçilən sədr və müavinləri avtomatik olaraq Rəyasət Heyətində təmsilçilik qazanacaq. Bundan əlavə, Rəyasət Heyətinə daha 6 sərbəst üzv seçiləcək. Eyni zamanda yığıncaqda qurumun İntizam Komissiyası da formalaşdırılacaq.

Təvazökarlıqdan uzaq olsa da, bildirim ki, ölkəmizin ilk assosiativ peşə birliklərindən olan AQC qiymətləndirmə sektorunun tərəqqisi üçün mühüm işlər görüb. Faktiki olaraq tənzimləyici qurum funksiyasını həyata keçirib və bu əsnada qiymətləndiricilər arasında faydalı və qarşılıqlı təmasların artırılmasına, koordinasiyalı fəaliyyətin təşkilinə nail olub. Dövlət qurumları, maliyyə təsisatları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, assosiativ birliklərlə fəal əməkdaşlıq edən Cəmiyyət bu günə qədər qiymətləndiricilərin təlim, tədris, sertifikasiya prosesini də həyata keçirib. 7 türk dövlətinin, 700 qiymətləndirmə şirkətinin və minlərlə qiymətləndiricinin təmsil olunduğu Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) formalaşmasında yaxından iştirak edib və bu gün AQC sədri olaraq bu beynəlxalq təşkilata mən rəhbərlik edirəm.

Yəni, qiymətləndirmə sektorunun idarə olunması sahəsində xüsusilə son illərdə təkmilləşdirilmiş zəngin ənənə var. Ümidvarıq ki, bu amil nəzərə alınacaq və peşəkar qiymətləndiricilər Qiymətləndiricilər Palatasının rəhbərliyində təmsil olunacaqlar.

– Uzun müddətdir inzibati orqan olmadığına görə, qiymətləndiricilərin fəaliyyətini faktiki olaraq AQC tənzimləyirdi. Bundan sonra AQC-nin fəaliyyəti nədən ibarət olacaq?

– AQC ictimai birlik, peşə birliyi olaraq fəaliyyətini bundan sonra da davam etdirəcək. Azərbaycanda bir çox sahələr hökumət orqanları tərəfindən tənzimlənsə də, həmin sahələrə aid ictimai birliklər də fəaliyyət göstərirlər. Yəni, Palatanın formalaşması AQC-nin fəaliyyətinə mane olmur. Əksinə, Cəmiyyətin qarşısında yeni və geniş imkanlar açır. AQC-nin Bundan sonrakı fəaliyyəti heç şübhəsiz Qiymətləndiricilər Palatası ilə koordinasiyalı şəkildə davam edəcək. Qiymətləndiricilər Palatası olaraq AQC ilə birlikdə görəcəyimiz işlər çoxdur.

– Qiymətləndiricilər Palatası sektorun hərtərəfli inkişafına nail ola və bu sahədə köklü islahatlar apara biləcəkmi? Gözləntiləriniz nədən ibarətdir?

– Qiymətləndiricilər Palatasının formalaşması Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar prosesinin tərkib hissəsidir. Biz bu prosesə qanunvericilik bazasının yenilənməsi, müasir idarəetməyə keçidin təmini baxımından çox böyük önəm veririk və ölkəboyu həyata keçirilən çoxvektorlu islahatların nəticəsi müsbət olduğu kimi, bu prosesin də ümumilikdə qiymətləndirmə sektorunun tərəqqisinə yol açacağına şübhə etmirəm. Yekunda qeyd edim ki, Qiymətləndiricilər Palatasından gözləntilərimiz böyükdür və bu proses nəzərdə tutduğumuz sahəvi islahatların aparılması üçün geniş imkanlar yaradacaq. Biz komanda şəklində bu prosesdə fəal iştirak etməyi nəzərdə tuturuq. Sonda Azərbaycan qiymətləndiriciləri üçün ciddi əhəmiyyət daşıyan qərarın verilməsinə görə Möhtərəm Cənab Prezident İlham Əliyevə qiymətləndirici sektoru adından minnətdarlığımı bildirirəm. Bu prosesdə ölkə qiymətləndiricilərinin, eləcə də bütün sektorun gələcək inkişafına verdikləri dəstəyə, obyektiv və peşəkar mövqelərinə görə başda Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat, Maliyyə, Ədliyyə Nazirliklərinin, Mərkəzi Bankın və Dövlət İmtahan Mərkəzinin rəhbərliklərinə öz təşəkkürümü bildirirəm.

BƏNZƏR XƏBƏRLƏR

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi
Cəmiyyət

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

2026/01/17 9:25
0
İtkin düşən 38 yaşlı qadın axtarılır
Cəmiyyət

İtkin düşən 38 yaşlı qadın axtarılır

2026/01/14 20:02
1
Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Cəmiyyət

Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

2026/01/14 12:09
0
“YAŞAT” Fondu şəhidimiz Zərbəli Qafarovun ailəsinə dəstək göstərib
Cəmiyyət

“YAŞAT” Fondu şəhidimiz Zərbəli Qafarovun ailəsinə dəstək göstərib

2026/01/14 11:55
0
Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfində — DİN çağırış edir
Cəmiyyət

Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfində — DİN çağırış edir

2026/01/14 10:55
0
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi
Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi

2026/01/14 10:01
0

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

“Uğurlarla dolu idman karyerası”- Elməddin Ağayev

Dekabr 23, 2024
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

BDYPİ: Təhlükəsizliyiniz üçün xidmətimiz bayram günlərində də fasiləsiz davam edir

Maşın qaçıran şəxs saxlanıldı – DİN

Yanvar 17, 2026
Qaxda dələduzluqla vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olunub

Qaxda dələduzluqla vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olunub

Yanvar 17, 2026
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Yanvar 17, 2026
İtkin düşən 38 yaşlı qadın axtarılır

İtkin düşən 38 yaşlı qadın axtarılır

Yanvar 14, 2026

Recent News

BDYPİ: Təhlükəsizliyiniz üçün xidmətimiz bayram günlərində də fasiləsiz davam edir

Maşın qaçıran şəxs saxlanıldı – DİN

Yanvar 17, 2026
0
Qaxda dələduzluqla vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olunub

Qaxda dələduzluqla vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olunub

Yanvar 17, 2026
0
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Yanvar 17, 2026
0
İtkin düşən 38 yaşlı qadın axtarılır

İtkin düşən 38 yaşlı qadın axtarılır

Yanvar 14, 2026
1
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In