Hər kəs bilir ki,şou biznesdən uzaq biriyəm,amma mədəniyyətə,musiqiyə çox yaxınam ,sənət və sənətkarları həmişə yazılarımda ,söhbətlərim və çıxışlarımda yada salıram,çünki sənət adamları bizim mədəniyyət tariximizdir. Bunu bir intellektli,yaradıcı,təhsilli xanım kimi hər zaman özümə borc bilmişəm.Bir çox sənətkarlarla dostluğum olub,bu gün də var.Dünyasını dəyişənlərə Allah rəhmət eləsin!Kiməsə özümü göstərmək üçün deyil,imkan tapdıqca doğum, yaxud anım günlərində məzarlarını ziyarət edir,ehtiramla anıram.
Televizora illərdir ki, baxmıram,bircə İctimai Tv də “Ötən günlər” verlişinə baxıram.Bir də ara sıra Az tv və Mədəniyyət kanalında diqqətimi çəkən verlişlərə baxıram. Vəssalam .Bu yaşda təzyiq,ürək problemlərindən əziyyət çəkirəm,bizim yerli kanallara baxsam,əsəbdən yerimdə keçinərəm.Çünki ,bizim efirlər çox bərbad gündədir.
Efir mədəniyyəti yox ,aparıcıların nitqi bərbad,efiri çeviriblər 5 manatlıq vağzal kafelərinə,məhəllə çayxanalarına,nə bilim boş- bekar arvadların qeybət ocağına ,5-10 dənə eyni simalı , səsləri deyil,arxaları ilə tanınan estetik gözəlçə müğənniciklər də olur belə verlişlərin qonaqları,biri oxuyur ki , Ya altı ya bazar gəl,biri oxuyur neçədə gəlim?Digəri deyir ,Qara qıza zəng elə…Vallah bu mahnılar heç bayağıda deyil ,ad tapa bilmirəm. Di gəl ki,danışanda hamısı sənətdən danışır, amma onların sənətinin adını tapa bilmirəm.
Televizyaya baxmasaq da ,sosial medianın hansını açırsan bunların təbliğatıdır.Maşallah özlərinə qismət ,milyonluq villaları,100 minlik maşınları,yemək içməkləri,birliyantları,daş qaşlarını heç demirəm.Meydan onlarındı…Bizim kimi savadlı ,təbii olub kirayələrdə ,bir qarnı ac,bir qarnı tox ,borc içində yaşamırlar.
Cərrahların yığdığı dallarını və yazdırdıqları 5-6 mahnının mini diskini götürüb, bir toyda 5 fonaqram mahnını oxuyub ,5-10 min gecələrinə qazanırlar.
Hərdən də efirə mahnı oxumağa yox ,biri birlərinə söz göndərməyə çıxır,ara qatan məhşur “ulduz” aparcılar isə onlara qaz verir. İyrənmişik bunlardan,deyiləsi dərd deyil.
İlllərlə sənətdə olan bir ağsaqqal, dövlətin mükafatlandırdığı bir sənət adamının düşük ,mənasız bir verlişə zəng edib,həmyaşıdı,həmyerlisi,həmkarı,bir vaxtlar atasına atam,anasına anam deyib,evində çörək kəsdiyi adamı mən elə adam tanımıram,mənimlə o bir kənddən də deyil ,ümumiyyətlə ona qadağa qoyuram mənim adımı çəkməyə,o mənim səviyyəmdə olan adam deyil deməyi biabrçılıq və rəzalətdir.Əslində bu adamın təkəbbürlə danışığına,iddiasına təccüblənmədim,əlinə balta alıb ictimayyətin içində mühafizəçiyə balta atıb,küçə söyüşləri söyən adam üçün adi haldır.
Balta sözündən yəqin ki ,hər kəs kimdən söhbət getdiyini bildi.Respublikanın xalq artisti,son aylarda sənətindən çox baltası ilə məhşurlaşan Ağadadaş Ağayev…
Orta məktəbdə çox savadlı,zəhmli,Sumqayıtda xüsusi metodikası,xarakteri ,savadı ilə tanınan biologiya müəlliməm Sveta müəlliməmin bir ifadəsi yaşadığım ömür yolumda kitaba çevrildi.Ruhu şad olsun,o təkcə insan anatomiyasını deyil,insan psixologiyasının mükəmməl bilicisi idi.
Sinif yoldaşlarım yəqin ki,xatırlayar 10 -cu sinifdə oxuyurdum.Xatırlatdığım Sveta müəllimə mənə tərəf baxıb,dedi:”Ağabalayeva,bilirsən hər uşaq həm yaxşı uşaq,həm də yaxşı şagird ola bilmir,sən həm yaxşı uşaq ,həm də yaxşı şagirdsən! Bu gün üçün bu sənin xoşbəxtliyindir,gələcəkdə isə yaxşı uşaq,yaxşı insan olanda,həyat sənə çətin olacaq,çünki sevildiyinə görə,istedadına görə daş atanların hədsiz çox olacaq,saf niyyətindən ,səmimiyyətindən,insanlığından istifadə edənlər də çox olacaq,əziyyətli həyat olacaq. Amma buna rəğmən millət,dövlət üçün yararlı biri olacaqsan, əsas odur dövlətinə ,elinə,ətrafına sadiq qalacaqsan.Sənə atılan kirli daşlardan bezib, heç vaxt ruhdan düşmə ,zaman və tarix heç bir yalan ləkəni saxlamır,Tanrının energetikası buna yol vermir,kainat özü bir fizikadır,yerin cazibə qüvvəsi olduğu kimi,insanında ötürdüyü hər bir şeyi kainat yerə ,insana geri verir,pisi də,yaxşını da bumeranq olaraq geri qaytarır.
Ən təhlükəli uşaqlar yaxşı şağird kimi görünən, lakin pis ,eqolu ,xain olan uşaqlardılar,onlar gələcəkdə millətə,xalqa,dövlətə ziyan vuran rüşvətxor,özündən müştəbeh ,əxlaqı zəif,zəifi əzən,güclüyə əyilən,var dövlət hərisi olan məxluqa çevrilirlər.
Tanrı hər bəndəsinə bələddir,amma yaratdığını sevdiyi üçün belə pis xislətli adamlara biraz istedad ,bacarıq verib ki,tam da nifrət qazanmasınlar. Çox heyif ki,onlar özlərini lider bilsələr də,sənətləri deyil,pis insanlıq xüsusiyyəti ilə yadda qalır, çünki,onların insanlara xainliklə dolu,eqolu fikirləri ,pislikləri bumeranq olaraq qayıdır,artıq onların istedadı,bacarığı belə nüfuzlarını bərpa edə bilmir. Tanrı çox ədalətlidir”
O vaxt deyilən bu fikrin hikmətini tam dərk etməmişdim.Amma yaşadıqca ,yaşlandıqca müəlliməmin dediklərini bir- bir şahidi oldum.
Ağadadaş Ağayevin sənətinə bir söz deyə bilmərəm,deyərdim ki,”Gecdir daha” mahnısını onun ifasında çox sevir,tez- tez dinlədiyim bir mahnılardır. Az qala unutmuşdum, Dövlət tədbirlərində Ulu öndərə həsr olunmuş əsərini də çox eşitmişəm,haqq üçün yaxşı oxuyub.
Ədaləli,obyektiv olduğum üçün Ağadadaş Ağayevdən qabaq,Yusif Mustafayevin onun haqqında dediyi fikirləri interntetdə araşdırıb baxdım.
Yusif Mustafayevə Ağadadaşla münasibətindən aparıcı sual verir, Yusif müəllim isə cavabında həmkarı,həmkəndlisi,həmyaşıdı kimi hörməti olduğu,eyni məktəbdə oxuduqlarını və sənətkar kimi hörməti olduğunu deyir.Allah üçün Yusif Mustafayevi tanıyan hər kəs bilir ki,qalmaqaldan söz söhbətdən uzaq,öz yaşına ,adına hörmət edən el misalı ilə desək, suyu da üfürə üfürə içən adamdır.
Bəs yaxşı tamaşaçı qarşısında qarşı tərəfin bu açaldıcı çıxışı nəyə lazım idi?
Əgər şəxsi incikliyin var idisə,çörək kəsib,evinə getdiyin adam olub Yusif Mustafayev üz üzə danışıb,sonra bir birinizi tanımayın.Bu şou nə üçün idi?
Ağadadaş Ağayev deyir,Yusif Mustafayev yalan deyir o nə mənim kəndçim deyil ,nə də mən elə adam tanımıram.
Adama deyərlər sən kimsən bəlli yaşda bir adamı yalançı adlandırıb ,qadağa qoyasan?
Yaxın tarixə nəzər salıb araşdırmağa başladım.
Hər kəs bilir ki,Cənub bölgəsi şərq musiqisinə ,ritmlərinə çox yaxındır.
Bir millət olaraq,oynaq,ritmik olduğumuza görə belə musiqilər,bu janrda oxuyanlar həmişə maraqla dinlənilib.
Ona görə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində bir çox kasetlərdə adları ,ifa tərzləri tanış olmuyan gənc müğənnilərin mahnıları işıq surəti ilə yayılır,ən çox satılan və tapılmayan onların kasetləri idi. Artıq onları çoxu tanıyır toylarda əsasən onların mahnıları sifarış olunurdu.
Toylara ən çox dəvət alırdılar.
Danılmaz bir tarix var ki,cənub bölgəsindən ilk dəfə toyları xüsusi məharətlə idarə edib,meydangir xanəndə həm muğamları,həm də ritmik mahnıları ilə sevilən mərhum sənətkarımız Teymur Mustafayev olub.
Teymur əmi sənətdə ifası və öz dəsti xətti ilə seçilən sənətkarlarımızdandır.
Daha sonra Cavad Rəcəbov olub.Bu günə kimi Cənubun toy bazarında öz aktuallığını qoruyur.
Dediyim odur ki,həmin kasetləri əl- əl gəzən ,mahnıları dillər əzbərinə çevrilən ,toylarda daha çox tələb olunan gənc ifaçılar Baloğlan Əşrəfov,Yusif Mustafayev,Ağadadaş Ağayev,İsrail Məmmədov idi. Eyni vaxtda hərəsi bir mahnısı ilə tanındılar.Araşdırsaq onların içində ən çox Baloğlan Əşrəfovun mahnıları ,daha sonra İsrail Məmmədov ,Ağadadaş Ağayev və Yusif Mustafayev eyni pillədə idilər.
O zaman dediyim məhşur gənc ifaçılardan Baloğlan Əşrəfov və İsrail Məmmədov Masallıdan,o birilər isə Ağadadaş Ağayev,Yusif Mustafayev Cəlilabadan idilər.Hətta o vaxt söz gəzirdi ki,bu iki nəfər Teymur Mustafayevin qohumlarıdı,onları Teymur əmi məhşurlaşdırıb.
Əlqərəz, yəni hörmətli xalq artistimiz Ağadadaş müəllim, siz nə sənətdə,nə də ifaçılıqda Yusif Mustafayevdən heç vaxt öndə olmamısınız eyni pillədə olmusunuz.Sadəcə sən Pedoqoji universitetdə oxuduğun üçün istedadlı tələblərin təşkil etdiyi konsret proqramları,81 -ci ildə keçrilən yarışmalarda bir tələbə olaraq iştirakın,uğurlu çıxışın sizi laureat etdi və bundan sonra toylarla yanaşı həm dövlət televizyası,həm filarmoniyadakı konsertlərin səni irəli apara bildi. Buda bir naxış idi.
Yusif Mustafayev isə orta təhsilli,istedadlı ,ailəyə səsi ilə toylardan çörək aparan bir gənc idi.
Ona qalsa Baloğlan Əşrəfov da ali təhsilli filoloq idi,seçdiyi şeir mətnlərinin dərin mənası və musiqi tərzi daha çox sevilirdi,amma nədənsə sovet dövründə daha çox efirə ,filarmoniya səhnələrinə ona qadağalar qoyulur,müxtəlif bəhanələrlə mane olunurdu.Araşdırsaq burda da çox şeylər məlum olar,eyni vaxt da məhşurlaşan ,ali təhsili,səsi,sənəti daha çox sevilsə də mərhum Baloğlan Əşrəfov ,Ağadadaş Ağayevdən çox sonra fəxri ad aldı.
İndi gənc istedadlı pop,estrada ,xalq mahnılarının ifaçıları bayağı damğası qoyduqları mərhum sənətkarımız Baloğlan Əşrəfovun mahnılarını oxuyub,dünyanın müxtəlif səhnələrində alqışlanırlar,trend hit mahnı sırasında olurlar.
Yusif Mustafayevin Ali təhsili olmasa da,bəlkə də var, araşdırmamda rast gəlmədim sizdən fərqli olaraq ,kimsəyə nə balta atdığını görmədik,nə ədəbsiz danışığını,nə söyüşünü,nə otellərdə içki içəndən sonra anlaqsız videosunu xalq ifşasında görmədik.
Allah şəfanızı versin! Deyirsiniz ağır xəstəlikdən əziyyət çəkirəm ,əsəblərim yerində deyildi deyə,hisslərimi cilovlaya bilmədim, balta tulladım.Ali təhsilli,mədəniyyət xadimi ən əsəbi halında belə özünün ədəbini saxlaya bilən adamdı,deməli diplom,ad -san hələ ziyalı olmaq deyil,bir insan kim olduğunu,hansı ədəbə malik olduğunu əsəbi olanda göstərir, bəli ,əsl Ağadadaş səhnədə kastyum geyinib,baboçka ilə mədəni,özündən razı ,duruşu və görk üçün göstərdiyi deyil,əsəbləşib balta tullayan,küçə söyüşlərini cəmiyyətin içində işlədən, cahil bir xislətli Ağadadaş Ağayevsən.
Təbii ki,qanun hər kəs üçün qanundur,hüquqi qiymət verildi,əgər balta tuşladığın ,söydüyün,aşağı təbəqə kimi baxdığın xadimə və mühafizəçi səni bağışlamasaydı,cəzanı alacaqdın, aldığın fəxr adlarda silinəcəkdi.Yenə sadə xalqın nümayəndəsi sənətkarına,onun yaşına dəyər verib ,günahını bağlşladı.
Səviyyənə uyğun bilmədiyin Yusif Mustafayev isə Qocalar evi,Ana muğamı ilə xalqın sevgisini qazanan biridir.
Həmkəndli deyilik,yalan deyir dediniz.Siz Cəlilabad rayonu Hasıllı kəndində,Yusif Mustafayev isə Hacıİsmayıllı kəndində yəni biri birinə bitişik olan ,hər iki kənd Seyidbazar inzibati ərazi dairəsinə aiddir .Xeyirləri,şərləri birdir .Bu kənd camaatını necə oldu, indi danırsınız?
Pandemiyadan qabaq televizya verlişlərinin biri Yusif Mustafayevin evində qonaq idi,Yusif müəllim deyir mənim evimin ən əziz adamları Ağadadaş Ağayev və rəhmətlik Baloğlan Əşrəfovdur.Orda Yusif müəllimin mərhum anasını bağrınıza baslb mənim anamdır,anamın ətrini ondan alıram.Atasına ağsaqqalım,ata əvəzim deyirdiniz, indi onu tanımadığınızı deyir,ad çəkməyə qadağa qoyursunuz.
Yadıma Ulduz filmindən məhşur bir epizod düşdü.,,Nə oldu ay Qədir, bir vaxtlar Əliş kişi deyirdin,indi adını guya unudub Əliş deyirsən!
Münasibətinizin müəyyən səbəbdən soyuq olduğunu, məncə bu yaşda ictimayyətə bəyan etmək heç də xoş qarşılanmadı.
Həmkarı,həmkəndlisi, çörək kəsdiyi ,nəvə nəticə sahibini,efirdə,tamaşaçı qarşısında
yalançılıqda ittiham edib,qadağa qoymağınız sizi elin gözündən bir daha saldı.
İnternet əsridir ,faktlar videolent şəklindədir, keçdiyiniz yol var .Əgər bir insanla həmkəndli,həmyaşıd,həmkar,çörək kəsmisinizsə istər istəməz qarşı tərəf düşmən belə olsa, adınızı çəkəcək.
Erməni də bizə düşməndir,amma qonşuyuq deyə tarix boyu adı çəkilir.
Axı sizin ikiniz də Azərbaycan oğlusunuz!
Prezident sizə dəyər verib,xalq adından mükafatlandırıb ,siz bu hərəkətlərinizlə xalqa və ölkə başçımızın dəyərinə xəyanət edirsiniz.
Əvvəldə dediyim kimi istər siz, istər Yusif Mustafayev mənim üçün eyni pillədə olan istedadlı,mahnıları ilə sevilən sənətkarsınız.
Yusif Mustafayevin nə maddi,nə mənəvi,nə sənət ,nə də insani keyfiyyət baxımından sizdən heç nəyi əskik deyil.Hələ deyərdim artıqdır.
Nümunəvi ailə başçısıdır,bir dəfə ailəli olub, bu gün də nümunə olaraq yaxşı ailəsi var,3 tərbiyəli övladı var,onun ata,anasına hörməti,diqqəti,sayqısından hər kəs danışır,yaxşı babadır,qonşularından maraqlandıq bir kimsənin ondan incik düşdüyünü eşitmədik,qardaş olaraq bacı,qardaşına bu günə kimi mehriban və fədakar biri olub.El məclislərində hər kəslə çox sadə və səmimi olduğunun şahidi olmuşam.Qalmaqldan,söz söhbətdən uzaq adam kimi tanınır.
Özünü hamıdan ağıllı,hamıdan səviyyəli görən adamı el qınamalıdır ki,başqaları bu özünəvurğunluq xəstəliyinə düçar olub ,səviyyədən,gözdən düşməsinlər.
Yazımı bir diləklə yekunlaşdırıram.
Ağadadaş müəllim,sizin səviyyənizdə olmağı heç kimə arzulamıram…
ŞƏFƏQ AĞACAN