Haqq.az xəbər verir ki,Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.