Atam son nəfəsində vəsiyyət etmişdi ki, Ağdam alınsa mən görməsəm nəvəmi apar getsin Baba yurdun görsün. Ağdama, Allahverdi Bağırov, Canpolad və digər şəhidlərin məzarını ziyarət edəndə Oğluma dedim ki, “Atam” müəllimim Xudu Məmmədov bizə öyrədib ki, övladlarınıza Vətəni göstərin, özləri sevəcəklər. Hiss edirəm Oğlum sevdi Vətənin. Hər qarışında bir şəhid qanı olan Ağdam torpağında gəzəndə oğlum ayağını yerə asta basırdı. Bilir, bu torpaqlarda haqqı boynumuzda olan şəhid və qazilərin ruhu izləyir bizi.
Mən 18 yaşından 49 yaşa qədər Ağdamsız illər keçirdim..Oğlum da dünyaya Ağdamsız illərdə gəldi. Ancaq indi özünü dərk edən oğlum bilir ki, onun oğlu azad Qarabağda, azad Ağdamda yaşayacaq ..
Əziz Atam
Ruhun şad olsun. Allahverdi əmiyə, Asif əmiyə, Yaqub əmiyə, bütün şəhidlərimizə denən Əliyevlər nəsli Ağdamda davam edəcək. Qoy haqqlarını bizə halal eləsinlər.
Əziz oğlum. Artıq sən Ata-Baba yurduna qədəm qoydun. Qədəmlərin mübarək
Zaur Əliyev