Çərşənbə, Aprel 8, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Emin Tarverdiyev: Anamı qucaqlaya bilmədiyim əllərimlə vətən torpağına toxundum

02 Aprel, 26 / 11:43
Cəmiyyət, Manşet
A A

Martın son günləri çoxları üçün sadəcə bayram tətili idi, mənim üçün isə yol ilə yaddaşın kəsişdiyi günlərə çevrildi.

Bu günlər ərzində iki dəfə Qarabağa getmək nəsib oldu. İlk səfər beş ildir gündəlik həyatımın bir parçası olan “Vətən Bağı” Şəhidlər Parkı ilə bağlı idi, oranın dağılmış su hovuzunun bərpası ilə əlaqədar. Bu səfərdə romantika yox idi, amma başqa bir hiss vardı: quruculuğun içində olmaq, təbiətin oyanışı ilə hovuzun bərpasının mütləqliyini həll edib yoluna qoymaq. Ağaclar suvarılmalı, torpaq canlanmalı idi. Bəzən ən böyük duyğular səssiz işlərin içində gizlənir.

İkinci səfər isə tamam başqa ovqatda idi, dostlarla birlikdə. Bu səfəri maraqlı edən yalnız marşrut deyildi, insanların baxışları idi. Yeddi nəfərlik qrupda iki nəfər üçün bu yol xüsusi idi: hər ikisi Qarabağa ilk dəfə gedirdi. Yəni bu səfər təkcə məsafə qət etmək deyildi: onlar üçün bu, torpaqla, tarixlə və yaddaşla ilk tanışlıq idi.

Füzulidən başladıq yolumuza. Tuğ kəndinə doğru irəlilədikcə artıq yalnız təbiət yox, dəyişimin özü görünürdü. Tuğda aparılan bərpa işləri, dirçələn evlər və yenidən həyat qazanmağa çalışan Tuğ kəndi göstərirdi ki, bu torpaq yalnız xatirə deyil, həm də gələcəkdir.

Hadrutda dayananda hər kəs bir qədər susqun idi. Amma bu səfərdə başqa bir məqam da vardı, ən balaca dostumuz Məhəmməd Əmrahın Hadrut və Şuşa məscidlərində qıldığı namaz. Bu, sadəcə ibadət deyildi; illər sonra həmin məkanlarda yenidən səslənən bir sükutun, bir dua səsinin qayıdışı idi.

Azıx mağarası səfərimizin ən təsirli nöqtələrindən biri oldu. Ora qalxan təxminən 800 pilləkənlik yol sanki fiziki bir hərəkətdən çox, daxili bir yüksəliş idi. Hər addımda nəfəs bir az daralır, amma baxış genişlənirdi. Zirvəyə çatanda mənzərə tamam dəyişirdi, Qarabağ sanki ayağının altında qalırdı. Bu yüksəklikdən baxanda insan həm coğrafiyanı, həm də tarix boyu bu torpaqların daşıdığı yükü daha aydın hiss edir. Minilliklərin içində bir neçə dəqiqəlik dayanırsan və anlayırsan ki, bu torpağın yaddaşı insan yaddaşından çox-çox qədimdir.

Qırmızı bazar, Şuşa və Xankəndi… Bu adlar artıq sadəcə coğrafi məkan deyil, hər biri ayrı bir hekayədir. Şuşada gəzdikcə həm tarixlə üz-üzə qalırsan, həm də bu günün məsuliyyətini hiss edirsən. Şəhərdə aparılan bərpa işləri, dirçələn mədəni ruh açıq-aydın görünür. Xankəndidə isə demək olar ki, dayanmaq yoxdu, hər tərəfdə iş gedir, texnika işləyir, yeni həyatın təməli atılır. Bu, sadəcə tikinti deyil, bir şəhərin yenidən doğulmasıdır.

Gecəni Xankəndi küçələrini gəzərək ruhumuzu dinləndirdik. Səhər açılan kimi Ballıca yolu ilə Ağdərəyə doğru irəlilədik.
Ağdərənin Heyvalı kəndinə əhalinin köçürülməsi ilə bağlı gördüklərimiz də səfərin yadda qalan məqamlarından oldu. İnsanların yavaş-yavaş öz torpaqlarına qayıtması, torpaqları şumlayıb yenidən əkin-biçinə başlaması, orada yenidən həyat qurması sözlə ifadə olunmayacaq qədər dəyərli bir mənzərə idi.

Bu səfərdə mən sanki təkcə iştirakçı yox, bir növ yol bələdçisi idim. Keçdiyimiz hər ərazi, bu torpaqları işğaldan azad edən igidlərimiz, onların qəhrəmanlıqları barədə danışmaq həm məsuliyyət idi, həm də bir borc. Çünki bu yollar sadəcə asfalt deyil, hər qarışı bir hekayə, bir qəhrəmanlıq nümunəsidir.

Bu səfərlərlə paralel olaraq həyatımda başqa bir vacib hadisə də baş verdi. Anam Ümrə ziyarətinə gedib-qayıtdı. Amma təəssüf ki, bu səfərlər əvvəlcədən planlaşdırıldığı üçün mən bir oğul kimi anamı nə yola sala bildim, nə də geri qayıdanda qarşılaya bildim. Bu, içimdə bir qədər yarımçıq hiss kimi qaldı. Amma dostlar, qohumlar sağ olsunlar, mənim yerimə bu borcu layiqincə yerinə yetirdilər.

Səfərin sonunda yenidən “Vətən Bağı”na qayıtdıq. Sanki bu dövrə tamamlandı, işlə başlayan yol dostluqla, təəssüratlarla və bir az da ümidlə bitdi.

Dostlarım bu səfərdən zövq aldı. Amma məncə, məsələ yalnız zövq almaq deyildi. Bu səfər hər birimizə nəsə verdi: kimimizə ilk tanışlıq, kimimizə yenidən kəşf, kimimizə isə sadəcə daha dərindən anlamaq imkanı.

Bəzən yol getmək sadəcə bir yerdən başqa yerə çatmaq deyil. Bəzən yol getmək elə yaddaşa qayıtmaqdır.

Emin Tarverdiyev
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri

BƏNZƏR XƏBƏRLƏR

Bədəndə narkotik və psixotrop maddələrin olub-olmaması üçün testlər
Cəmiyyət

Bədəndə narkotik və psixotrop maddələrin olub-olmaması üçün testlər

2026/04/05 17:36
8
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırır
Cəmiyyət

BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırır

2026/04/04 9:34
1
Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb
Cəmiyyət

Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

2026/04/03 11:28
2
Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)
Cəmiyyət

Sumqayıt Dövlət Universitetində “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib(FOTOLAR)

2026/04/03 10:31
19
Nazir Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Cəmiyyət

Nazir Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

2026/04/02 16:41
19
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində mart ayında xidmət səviyyəsi 90 faizi keçib
Cəmiyyət

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində mart ayında xidmət səviyyəsi 90 faizi keçib

2026/04/02 15:02
3

Stay Connected test

  • 23.9k İzləyicilər
  • 99 Abunəçilər
  • Trending
  • Comments
  • Ən son
Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

Şirvanda 850 ailəyə qurban payı verildi – Yavər Camalovun xeyriyyə ənənəsi davam etdirilir

İyun 6, 2025
“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

“Əgər sən orada deyilsənsə, deməli, bizim üçün də o teatr artıq yoxdur.”- MÜSAHİBƏ

Sentyabr 17, 2025
Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya  etiketi vurulub

Kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib, identifikasiya etiketi vurulub

Oktyabr 9, 2025
Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Rafael Abdullayev: “Azərbaycanda rejissor peşəkar aktyorun arxasında gizlənir”

Sentyabr 2, 2025
Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Ağır yol qəzasında bir nəfər həyatını itirdi

Deputatlığa fərqli namizədlər var

Deputatlığa fərqli namizədlər var

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

Bakıda dəhşət:biznesmen, qardaşı oğlu tərəfindən qətlə yetirildi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

“İsa bulağında olmayan Şuşada olmayıb”-Bulağın çəkilməsi tarixi

Bədəndə narkotik və psixotrop maddələrin olub-olmaması üçün testlər

Bədəndə narkotik və psixotrop maddələrin olub-olmaması üçün testlər

Aprel 5, 2026
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırır

BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırır

Aprel 4, 2026
DİN BNMİ-nin növbəti əməliyyatı zamanı 43 kq narkotik vasitə dövriyyədən çıxarılıb

DİN BNMİ-nin növbəti əməliyyatı zamanı 43 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Aprel 3, 2026
Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 3, 2026

Recent News

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In