Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə görüşünü ölkəmizin diplomatik uğuru kimi dəyərləndirib.
O bildirib ki, bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu və iqtisadi potensialını artırır. Sammitdə regional ticarət, enerji, nəqliyyat və yaşıl enerji kimi mövzular müzakirə olunur. Orucun fikrincə, bu təşəbbüslər Qarabağa investisiya və turizm axınını gücləndirəcək.
O həmçinin Rusiyada azərbaycanlılara qarşı artan təzyiqləri tənqid edərək, bunun Rusiyanın öz maraqlarına zidd olduğunu vurğulayıb.