Şənbə, İyun 13, 2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası
Haqq.az
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Haqq.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Mədəniyyət

Akademik Musiqili Teatrda “Mesenat” tamaşasının məşqlərinə başlanılıb

01 Oktyabr, 25 / 18:48
Mədəniyyət
A A

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin librettosu əsasında “Mesenat” (bəstəkarı Pikə Axundova) tamaşasının məşqlərinə başlanılıb.
Teatrın direktoru Aqil Bəhramlı bu münasibətlə yaradıcı heyəti təbrik edərək uğurlar arzulayıb, məşhur neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən əsərin yeni quruluşda hazırlanması ilə bağlı bəzi tövsiyələrini verib.
Əli Əmirli, Pikə Axundova, Əməkdar artistlər Əzizağa Əzizov, Nadir Xasiyev, Çingiz Əhmədov və digərləri maraqlı fikirlər səsləndirərək tamaşanın məhz Tağıyevin binasında – Musiqili Teatrın səhnəsində təqdim olunmasının mənəvi tərəflərini vurğulayıblar.
Tamaşanın quruluşçu rejissoru Prezident makafatçısı Samir Qulamov əsas məqsədinin Tağıyevi təkcə ictimai xadim, xeyriyyəçi kimi deyil, böyük insan kimi cəmiyyətə çatdırmaq olduğunu bildirib.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Rol bölgüsünə görə tamaşada Mesenat obrazını aktyor İbrahim Əlizadə, onun uşaqlıq çağını isə azyaşlı aktyor Miruğur Əlili oynayacaq.
Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, İqrar Salamov, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Nicat Əli, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elçin İmanov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Türkel Tariqpeyma, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nigar Qarayeva, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Kamil Cəfərov, Tural Məsimov, Həmid Həmzəyev və başqaları iştirak edəcək.

BƏNZƏR XƏBƏRLƏR

NİFTALI GÖYÇƏLİ: TURAN SEVDALISI OLAN USTAD ŞAİR
Mədəniyyət

NİFTALI GÖYÇƏLİ: TURAN SEVDALISI OLAN USTAD ŞAİR

2026/03/26 18:12
10
Cəliləbadda Zeynəb Alıhüseynqızının “Ana sevgisi” və “Şəhidlər” adlı iki şeirlər kitablarının təqdimat mərasimi keçirilib(FOTOLAR)
Mədəniyyət

Cəliləbadda Zeynəb Alıhüseynqızının “Ana sevgisi” və “Şəhidlər” adlı iki şeirlər kitablarının təqdimat mərasimi keçirilib(FOTOLAR)

2026/01/12 20:42
191
Yazar Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı çap olunub
Mədəniyyət

Yazar Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı çap olunub

2026/01/08 18:07
51
Göytəpə şəhərində “Bəxtiyar Vahabzadənin 100 illiyi” tədbiri keçirilib(FOTOLAR)
Mədəniyyət

Göytəpə şəhərində “Bəxtiyar Vahabzadənin 100 illiyi” tədbiri keçirilib(FOTOLAR)

2025/12/25 12:30
40
Cəlilabadda Sevinc Şirvanlının kitabının təqdimatı keçirildi(FOTOLAR)
Mədəniyyət

Cəlilabadda Sevinc Şirvanlının kitabının təqdimatı keçirildi(FOTOLAR)

2025/12/20 11:23
53
Bir şairin dünyası - Atlaz Rzayi
Mədəniyyət

Bir şairin dünyası - Atlaz Rzayi

2025/11/30 21:34
27
Haqq.az

Haqq.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.

Bizi izləyən

  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
  • Peşə etikası

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Dünya
  • Hərbi
  • Mədəniyyət
  • Sosial
  • İdman
  • Digər
    • Analitika
    • Biznes
    • Maliyyə
    • Kriminal
    • Maqazin
    • Maraqlı
    • Media
    • Sağlamlıq
    • Səhiyyə
    • Texnologiya
    • Turizm
    • Təhsil

Haqq.az © 2024 - Bütün hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In