Hava şəraitinə baxmayaraq, Ağsu dolaylarında avtomobillərin hərəkəti açıqdır və nəqliyyatın fasiləsiz hərəkəti təmin edilir.
Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə koordinasiyalı iş təşkil olunub, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasiləsiz xidmət aparılır.
Sürücülərdən xahiş olunur ki, sürət həddini hava şəraitinə uyğun seçsinlən, ara məsafəsini qorusunlar, qış mövsümünə uyğun şinlərdən istifadə etsinlər.



















